Yaxın Şərqin Xirosiması: Qəzza
VETENNAMİNE.AZ xarici mediaya mənbələrinə istinadən xəbər verir ki, Fələstin rəsmiləri 18 gündür davam edən hücumların intensivliyinin Yaponiyaya atılan atom bombası səviyyəsinə çatdığını qeyd edib.
Oktyabrın 7-də HƏMAS-ın cənubdan hücumuna məruz qalan İsrail bu ani inkişafla alt-üst oldu. Ölkənin cənubunda nəzarəti itirən Təl-Əviv 50 ildən sonra rəsmən müharibə elan edib. Müharibə elanı ilə bərabər səfərbərlik qərarı verən İsrail hökuməti HƏMAS-ın girdiyi bölgələri nəzarətə götürərək əks hücuma keçib. Qəzzanı bombalayan İsrail HƏMAS-ın əsir götürdüyü əsirləri geri almaq üçün su, elektrik və yanacaq təchizatını kəsib. İndiyədək cəmi 4 girovu azad edən Həmas-a qurudan hücuma hazırlaşan İsrailin qarşısı ABŞ tərəfindən alınıb.
Qəzzanın dar küçələri və altındakı “Metro” tunelləri ilə İsrail ordusu və ABŞ rəsmiləri quru əməliyyatından hələlik məsafə saxlayır. ABŞ-ın yüksək rütbəli rəsmiləri New York Times-a bildiriblər ki, İsrail ordusu Qəzzaya qurudan hücuma hazır deyil. Vaşinqtondakı İsrail rəsmiləri məsələ ilə bağlı şərh vermədilər, lakin bazar günü İsrail səfirliyindəki diplomat ABŞ hökumətinin israillilərə quru hücumunu təxirə salmağı tövsiyə etdiyini təkzib etdi.
Vətən Naminə Mətbuat Xidməti