Haqqımızda

Təşkilatımız: “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyi ümumi maraqlar əsasında birləşmiş, könüllülük, üzvlərinin hüquq bərabərliyi prinsipləri əsasında yaradılan, öz fəaliyyətinin əsas məqsədi gəlir əldə etməyi nəzərdə tutmayan və əldə edilən gəliri öz üzvlərinin arasında bölməyən Qeyri-Hökumət Təşkilatıdır (QHT) və fəaliyyəti Azərbaycan Respublikasının ərazisini əhatə edir. 

Birlik öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyası, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanunu, digər normativ hüquqi aktlar və Nizamnaməsi əsasında həyata keçirir.

Birliyin əsas məqsədi Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələrinin qanuni mənafelərini və hüquqlarını müdafiə etmək, onların müasir həyat şəraitinə uyğunlaşmasına, sosial-iqtisadi və mənəvi problemlərinin daha səmərəli həll olunmasına köməklik göstərmək, onların əməkdaşlığını və qarşılıqlı əlaqələrini möhkəmləndirməkdən ibarətdir.

İdarə heyəti:

Mehdiyev Mehdi İmdad oğlu – Qarabağ Müharibəsi Əlili
Quliyev Əlisəfa Əliş oğlu – Qarabağ Müharibəsi Veteranı
Musayev Şura Dursun oğlu – Qarabağ Müharibəsi Veteranı
Hacızadə Tərlan Əziz oğlu – Qarabağ Müharibəsi Əlili
Ağayev Hikmət Səttar oğlu – Qarabağ Müharibəsi Veteranı
Baxışov Xətai Xeybər oğlu – Qarabağ Müharibəsi Əlili
Alicanova Bəturə Şamil qızı – Şəhid Ailəsi

Nəzarət-təftiş komissyası :

Məmmədov Aris Qismət oğlu – Qarabağ Müharibəsi Veteranı
Quliyev Vahid Bilal oğlu – Qarabağ Müharibəsi Veteranı
Sofiyev Vəfalı Nadir oğlu – Qrup Qarabağ Müharibəsi Əlili

Mərkəzimiz : 2001-ci ildən fəaliyyətdə olan “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyi ölkəmizdə sosial sahibkarlığı təşviq və inkişaf etdirmək məqsədilə Sosial Sahibkarlığın İnkişafı və Təlim Mərkəzi təsis etmişdir. Mərkəz həm Birliyin üzvlərinə, həm də bütün maraqlı şəxslərə müxtəlif xidmətlər, həmçinin maarifləndirici proqramlar və layihələr çərçivəsində əməkdaşlıq təklif edir.

Əsas məqsədimiz (missiyamız) : Dünyanın aparıcı sosial sahibkarlıq şirkətlərinin və təhsil müəssisələrinin beynəlxalq təcrübəsindən istifadə
edərək ölkəmizdə sosial sahibkarlığı təşviq etməklə onun inkişafına dəstək olmaqdır.

Gələcəyə baxışımız (viziyonumuz) : Ölkəmizdə sosial sahibkarlığı təşviq edən və onun inkişafına dəstək olan mərkəz kimi xidmətlərimizi həm
yerli, həm də beynəlxalq səviyyədə təklif etməkdir.

Keyfiyyət – Təqdim etdiyimiz xidmətlərinin keyfiyyətli şəkildə icra olunmasını daim diqqət mərkəzində saxlayırıq. Mərkəzimiz üçün ən vacib
məsələ xidmətlərimzin keyfiyyətini daim artırmaq və müştəri məmnuniyyətinin qorunub saxlanılmasıdır.

Dürüstlük – Əldə olunan məlumatları düzgün dəyərləndirmək və müştəriyə obyektiv və dürüst məlumat vermək bizim üçün ən vacib məsələdir.

Məxfilik – Mərkəzin iş prosesində əldə olunan məlumat və onun emal olunması tamamilə məxfi saxlanılır. Mərkəzimiz xidməti müqavilə
çərçivəsində gördüyü işlər zamanı və işləri təhvil verəndən sonra müştərinin məlumatlarını tam məxfi saxlanmasına zəmanət verir.

İş etikası – Mərkəzin gördüyü işlər dövlətin və beynəlxalq qanunvericilik prinsiplərinə uyğun və əməkdaşların vicdanla öz işlərini keyfiyyətlə yerinə
yetirməsi qəbul edilmiş vacib dəyərlərdən biridir.

Korporativ Sosial Məsuliyyət (KSM) – Mərkəzin əsas dəyərlərindən biri olub, ölkəmizin davamlı inkişafına dəstək vermək üçün əzmlə çalışan bir
quruma çevrilməkdir. Mərkəzin KSM fəlsəfəsi həm özünün, həm də dövlətin sosial, iqtisadi və ekoloji sahədə icra olunan proqramların və
layihələrin keyfiyyətli və səmərəli nəticələrin əldə olunmasında fəal iştirak etməkdən ibarətdir.

İnnovasiyaların tətbiqi – İdarəetmədə, sosial, iqtisadi və ekoloji sahədə tədqiqatların aparılmasında və peşəkar iş prosesində ən son yeniliklərin
tətbiqi və innovativ həllərin istifadə edilməsi Mərkəzin daim diqqətindədir və əsas dəyərlərindən biridir.

Koordinasiya və əməkdaşlıq – Mərkəz öz missiyasına və viziyonuna nail olmaq üçün işlərini koordinasiyalı və yeni əməkdaşlıqların qurulması
əsasında təşkil edib, daim inkişaf etdirir. Bu, Mərkəzin həm mövcud, həm də yeni tərəfdaşlarının iştirakı ilə Azərbaycanda sosial sahibkarlığın
təşviqi və inkişaf etdirilməsi üçün vacib dəyərlərdən biridir;

Şəffaflıq və hesabatlılıq – Mərkəz öz işlərini şəffaf həyata keçirir və mütamadi olaraq ictimaiyyəti “vetennamine.az”, “Vətən Naminə TV” və
müxtəlif sosial media hesabları vasitəsilə məlumatlandırır.

 

Filiallar Filiallarımız haqqında daha ətraflı məlumat :  Sənədlə Tanış Olun

 

 

Welcome Back!

Login to your account below

Retrieve your password

Please enter your username or email address to reset your password.

Add New Playlist