28.04.2024.
Bu gün antiterror əməliyyatlarında Şəhid olmuş Orucov Dağbəyi Sabay oğlunun adına Göygöl rayonu ərazisində yaradılmış Şəhid bulağı kompleksinin açılış tədbiri keçirildi.Bulağın tikintisi və tədbirin keçirilməsi Şəhid qardaşımızın valideynləri tərəfindən təşkil olunmuşdu.
Bu tədbirdə Kəlbəcər rayon Qarabağ Müharibəsi Əlilləri,Veteranları və Şəhid Ailələri İstimai Birliyinin sədri Balay Nəsibov,Kəlbəcər rayon Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Akif Kamalov və biz- keçmiş döyüşçülər,qazilər,veteranlar olaraq iştirak etdik.
Allah Şəhid qardaşımız Dağbəyi Orucovun timsalında cəmi Şəhidlərimizə rəhmət eləsin,qazilərimizə şəfa versin.Şəhid valideynlərinə Allahdan səbr diləyirik