22 aprel 2024-cü il tarixdə Birinci Qarabağ müharibəsinin Yuxarı Ağalıkəndindən şəhidimiz Abdulov Asif Mirayə oğlunun anım günü ilə əlaqədar ata ocağı və məzarı ziyarət olundu. Ziyarətdə YAP Biləsuvar rayon təşkilatının sədr müavini Aqşin Qasımov, QMƏVŞA İB Biləsuvar rayon filialının sədri, II qrup Qarabağ qazisi Bəhruz Əliyev, müəllimlər, məktəblilər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Ziyarətçilər şəhidimizin keçdiyi döyüş yolundan, göstərdiyi xidmətindən və şücaətindən bəhs edərək valideyninə baş sağlığı vermişlər.
Məlumat üçün qeyd edək ki, Azərbaycan Ordusunun əsgəri olmuş şəhid Abdulov Asif Mirayə oğlu 23 dekabr 1975-ci ildə Biləsuvar rayonunun Yuxarı Ağalı kəndində anadan olmuşdur. 1982-1993-cü illərdə Yuxarı Ağalı kənd tam orta məktəbində təhsil almış və 11 yanvar 1994-cü ildə Biləsuvar rayon Hərbi Komisarlığı tərəfindən hərbi xidmətə çağrılmışdır. Ağdam rayonu istiqamətində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olmuş və 22 oktyabr 1994-cü ildə Yuxarı Ağalı kənd qəbiristanlığında dəfn olunmuşdur. Ölümündən sonra adı əbədiləşdirilərək Yuxarı Ağalı kənd tam orta məktəbinə verilib.Allah şəhidlərimizə rəhmət eləsin!