20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar prokurorluq əməkdaşları Şəhidlər xiyabanını ziyarət edib
Baş Prokurorluqdan VETENNAMİNE.AZ-a verilən məlumata əsasən, prokurorluq əməkdaşları şəhidlərimizin məzarları üzərinə gül dəstələri qoyub, ölkəmizin azadlığı uğrunda həlak olanların xatirəsini hörmət və ehtiramla yad edib. Vətən Naminə Mətbuat Xidməti