• Xəbər Lenti
  • Ən çox oxunan
  • Hamısı
  • Xəbərlər
  • Hərbi
  • Texnologiya
Əlilliyi olan şəxslərə dövlət büdcəsi hesabına verilən reabilitasiya  vasitələri növlərinin siyahısı daha da genişləndirilir

Əlilliyi olan şəxslərə dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələri növlərinin siyahısı daha da genişləndirilir

12 May 2024
Vətən müharibəsi şəhidlərinin anım günündə xatirələri yad edildi

Vətən müharibəsi şəhidlərinin anım günündə xatirələri yad edildi

12 Noyabr 2025
YAP Biləsuvar rayon təşkilatı 8 noyabr – Zəfər Günü həsr olunmuş tədbir keçirib

YAP Biləsuvar rayon təşkilatı 8 noyabr – Zəfər Günü həsr olunmuş tədbir keçirib

06 Noyabr 2025
Şəhidlərimizin anım mərasimi keçirildi

Şəhidlərimizin anım mərasimi keçirildi

16 Oktyabr 2025
9 oktyabr – Vətən Müharibəsi şəhidi  Rəhimov Zamin Vahid oğlunun şəhadətə yüksəlməsindən 5 il keçir

9 oktyabr – Vətən Müharibəsi şəhidi Rəhimov Zamin Vahid oğlunun şəhadətə yüksəlməsindən 5 il keçir

09 Oktyabr 2025
YAP Bərdə rayon təşkilatı “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Zəfər tariximizin müəllimləri” adlı tədbir keçirib

YAP Bərdə rayon təşkilatı “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Zəfər tariximizin müəllimləri” adlı tədbir keçirib

03 Oktyabr 2025
“Qərbi Azərbaycana aparan yollar” adlı tədbir keçirilib

“Qərbi Azərbaycana aparan yollar” adlı tədbir keçirilib

03 Oktyabr 2025
Qarabağ qazisi Alekseyev Lətifin əziz xatirəsinə

Qarabağ qazisi Alekseyev Lətifin əziz xatirəsinə

02 Oktyabr 2025
Vətən müharibəsi şəhidi mayor Kəlbalıyev Səyavuş Hümbət oğlunun ildönümü münasibətilə anım tədbiri keçirilib

Vətən müharibəsi şəhidi mayor Kəlbalıyev Səyavuş Hümbət oğlunun ildönümü münasibətilə anım tədbiri keçirilib

30 Sentyabr 2025
Şəhidimiz Elməddin Hüseynzadənin 5-ci il dönümü qeyd edildi

Şəhidimiz Elməddin Hüseynzadənin 5-ci il dönümü qeyd edildi

29 Sentyabr 2025
HƏR AN EHTİRAMLA ANIRIQ…

HƏR AN EHTİRAMLA ANIRIQ…

27 Sentyabr 2025
Bərdə rayonun Bəcrəvan kəndində şəhid Məmmədli Namiq Ağamməd oğlunun anım mərasimi keçirildi

Bərdə rayonun Bəcrəvan kəndində şəhid Məmmədli Namiq Ağamməd oğlunun anım mərasimi keçirildi

15 Sentyabr 2025
Vətən müharibəsi şəhidi Ağayev Vahid Məcnun oğlunun doğum günü münasibətilə anım tədbiri keçirilib

Vətən müharibəsi şəhidi Ağayev Vahid Məcnun oğlunun doğum günü münasibətilə anım tədbiri keçirilib

15 Sentyabr 2025
  • Əlaqə
  • Əsas səhifə
  • Haqqımızda
  • Saytın istifadə qaydaları
Vətən Namin TV
Cümə, Dekabr 12, 2025
Vətən Naminə
  • Əsas
  • Xəbərlər
  • Sosial
  • Hərbi
  • Qanunvericilik
    • Qanun
    • Fərman
    • Sərəncam
    • Qərar
  • Digər
    • Sosial sahibkarlıq
    • Elm və təhsil
    • Müsahibələr
    • Araşdırma
    • Məqalələr
    • Tədbirlər
No Result
View All Result
Vətən Naminə
No Result
View All Result
Əsas Xəbərlər

Əlilliyi olan şəxslərə dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələri növlərinin siyahısı daha da genişləndirilir

Nazirliyin kollegiyası 54 peşə və kvalifikasiya standartını da təsdiq etdi.

Yazar Mətbuat Xidməti
12 May 2024
Kateqoriya Xəbərlər
A A
Facebook-da paylaşınTelegram-da paylaşın

Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təminatının gücləndirilməsi sahəsində növbəti addım olaraq həmin şəxslərə dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələri növlərinin siyahısı daha da genişləndiriləcək. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən kollegiya iclasında bildirilib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin uğurlu sosial siyasətində əlilliyi olan şəxslərin sosial müdafiəsinin və  reabilitasiya xidmətləri ilə təmin olunmasının mühüm yer tutduğunu vurğulayıb. Bu sahədə atılan addımlardan bəhs olunmaqla, həmçinin  son beş ildə reabilitasiya sisteminin müasir tələblərə uyğun qurulduğu qeyd edilib. Görülən işlər nəticəsində reabilitasiya xidməti göstərilən əlilliyi olan şəxslərin illik sayının 7,3 dəfə artdığı diqqətə çatdırılıb.Həmin şəxslərə dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələri növlərinin siyahısına 2020-ci ildə Nazirliyin təklifləri əsasında 23 reabilitasiya növünün əlavə edildiyi bildirilib. Qeyd olunub ki, hazırlanmış yeni təkliflərdə həmin siyahıdakı reabilitasiya vasitələri növlərinin sayının 57-dən 81-ə çatdırılması nəzərdə tutulur.Əmək qanunvericiliyinin təkmilləşdirilməsi tədbirlərinin davam etdirildiyi, bu məqsədlə Əmək Məcəlləsinə yeni dəyişiklik layihələrinin hazırlandığı diqqətə çatdırılıb. Ümumdünya Əməyin Mühafizəsi Günü ilə əlaqədar işəgötürənlər və sosial tərəfdaşların nümayəndələri ilə birgə Bakı və müxtəlif bölgələrdə keçirilən maarifləndirmə tədbirlərindən bəhs olunub.Ötən il 141, bu ilin ilk rübündə 35 uşağın övladlığa götürüldüyü, reinteqrasiya tədbirləri nəticəsində 2023-cü ildə 177, cari ilin 3 ayında 39 uşağın sosial xidmət müəssisələrindən öz bioloji ailələrinə qaytarıldığı bildirilib. Habelə sosial dəstək mexanizmlərindən istifadə olunmaqla və maarifləndirmə tədbirləri ilə bu ilin yanvar-mart aylarında 62 uşağın ailələrindən dövlət uşaq müəssisələrinə verilməsinin qarşısının alındığı qeyd olunub.Hazırda 50-dən çox sosial ödəniş növünün təyinatının elektron sistemlər üzərindən proaktiv qaydada aparıldığı bildirilib. Uşaqlara görə erkən pensiya hüququ olan şəxslərə pensiya təyinatının da proaktivləşdirilməsinin nəzərdə tutulduğu,  bununla bağlı qanuna dəyişiklik layihəsinin hazırlandığı diqqətə çatdırılıb. İki və daha artıq pensiya növünə hüququ

 

 

 

 

 

 

 

olan şəxsə bu pensiyalardan ən yüksək məbləğdə olanının proaktiv təyin edilməsi mexanizminin də hazırlanacağı vurğulanıb.

 

Son illərdə 1064 peşə və kvalifikasiya standartının hazırlanaraq təsdiqləndiyi və e-sosial.az portalındakı “Peşə və Kvalifikasiya Standartlarının Reyestri”nə yerləşdirildiyi, bu il üçün 300 yeni standartın da hazırlanmasının nəzərdə tutulduğu bildirilib. Nazirlik tərəfindən ictimai iaşə və qida, maliyyə, emal və kənd təsərrüfatı sahələri üzrə daha 54 standartın hazırlandığı qeyd edilib. Kollegiya tərəfindən həmin yeni standartlar müzakirə edilərək təsdiqlənib.

 

İclasda əmək siyasəti, övladlığagötürmə, sosial sığorta və pensiya, əlillik, reabilitasiya və s. sahələrdə görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub.

 

Həmçinin autizmli gənclərin, onların ailə üzvlərinin məşğulluq imkanlarının artırılmasına dəstək məqsədi daşıyan pilot layihə təsdiq edilib.

Plugin Install : Subscribe Push Notification need OneSignal plugin to be installed.
Əvvəlki xəbər

Asiya İnkişaf Bankı ilə gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub

Növbəti xəbər

Türkiyə və Moldovanın sosial müdafiə qurumları ilə ikitərəfli əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadilələri aparılıb

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

RSS Vətən Naminə TV

  • Şəhid XTQ Qüvvələrinin Giziri Naibov Devran Fazil oğlunun 5 ci il dönümü qeyd olunub. 08 Oktyabr 2025
  • Şəhid Quliyev Mehman Telman oğlunun 5-ci ildönümü qeyd olunub 07 Oktyabr 2025
  • ŞƏHİDLƏRİMİZİ YAŞADAQ | Hüseynzadə Elməddin 13 İyun 2024
  • “ŞAHDAĞ QUBA & TRUSKAVETS” sanatoriyasında şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğı 26 Fevral 2024
  • TURANA DOĞRU | ƏSGƏRƏ MƏKTUB 11 Noyabr 2023
  • TURANA DOĞRU | DÜNYA SAVAŞINA DOĞRU... 18 Oktyabr 2023
  • TURANA DOĞRU | TÜRK DÜNYASININ ZƏFƏR GÜNÜ - II hissə 30 Avqust 2023
  • TURANA DOĞRU | TÜRK DÜNYASININ ZƏFƏR GÜNÜ - I hissə 30 Avqust 2023
  • TURANA DOĞRU | Azərbaycan və Qazaxıstan ictimai birlikləri əməkdaşlığa imza atdılar 05 Avqust 2023
  • #söyüdlü #gədəbəy #etsn #vətənnaminə #xəbərlər 18 İyul 2023
  • #gədəbəy #media #söyüdlü #etsn 18 İyul 2023
  • Prezidentin Nazirliyə verdiyi 1 həftə sona çatdı - ETSN-dən açıqlama 18 İyul 2023
  • TURANA DOĞRU | Buxara vilayətinin baş həkimi İlxom Norov 07 İyul 2023
  • TURANA DOĞRU | 26 iyun Silahlı Qüvvələr Günü 26 İyun 2023
  • ŞƏHİDLƏRİMİZİ YAŞADAQ | Kərgicahan pələngi 24 İyun 2023
Vətən Naminə

©2024 Hüquqları qorunur.

Vətən Naminə Media Qrup

  • Haqqımızda
  • Galereya
  • Saytın istifadə qaydaları
  • Əlaqə

Bizi izləyin

No Result
View All Result
  • Əsas səhifə
  • Xəbərlər
    • Siyasət
    • Cəmiyyət
    • Dünya
    • İdman
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Kriminal
  • Sosial
    • Turizm
    • Kulinariya
    • Film
    • Layihələr
  • Texnologiya
    • Kibertəhlükəsizlik
    • Proqramlaşdırma
    • Smartfonlar
    • Startup
  • Hərbi
    • Təlimlər
    • Görüşlər
    • Cəbhə Xəbərləri
  • Qanunvericilik
    • Qanun
    • Fərman
    • Sərəncam
    • Qərar
  • Digər
    • Sosial sahibkarlıq
    • Elm və təhsil
    • Müsahibələr
    • Araşdırma
    • Məqalələr
    • Tədbirlər

©2024 Hüquqları qorunur.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Sizə daha yaxşı xidmət göstərmək üçün çərəzlərdən istifadə edirik. Visit our Gizlilik Siyasəti.