Bu termin son dövrlərdə daha geniş yayılmasına baxmayaraq insanlar bunu tam mənasında dərk etmirlər. Lobbiçilik fəaliyyətinin nədən ibarət olduğunu bilmək üçün ilk növbədə “Lobbi” sözünün mənasının nə olduğunu bilmək lazımdır. Lobbi sözünün mənası ingilis dilindən tərcümədə “dəhliz,vestibül, xoll, üstüörtülü gəzindi meydançası, səhnəarxası” mənasını daşıyır. Lobbi anlayışı 1553-cü ildə Đngiltərə monastrlarında “gözətçi meydançası” kimi işlədilirdi. Başqa bir mənada Lobbiçilik konsepti-təşkilatlanmış maraqların dövlət orqanlarına və ayrı-ayrı rəsmi şəxslərə məqsədyönlü təsirini ifadə edir. Başqa sözlə Lobbiçilik təkcə bu və ya digər qrupun sosial, siyasi və iqtisadi maraqlarının müdafiəsi olmayıb, əslində formal hakimiyyəti faktik hakimiyyətlə hesablaşmağa vadar edən bir mexanizmdir, anlayışdır. Əslində sivil Lobbizm təkcə hər hansı qruplar marağının müdafiəsi olmayıb, həm də cəmiyyət və hakimiyyət münasibətlərinin tənzimlənmə sisteminin vacib elementidir. Tarix dönə-dönə sübut edib ki, bu keyfiyyətlərdən məhrum olan xalqlar gec-tez güclü millətlərin təsiri altına düşərək assimilyasiya olunur və öz milli simasını itirir. Sovetlər çağında isə Qərb cəmiyyətində çox geniş yayılmış bu təcrübəni, yəni Lobbizmi birtərəfli və təhrif olunmuş şəkildə təqdim edən kitablarda və məqalələrdə insanların şüuruna “Lobbizm korrupsiyanın sinonimidir” kimi sırınmışdır. O, hər hansı bir qrupun maraqlarının nəzərə alınması məqsədilə hökumət qurumlarına birbaşa, yaxud dolayı yolla təsiretmə fəaliyyəti kimi adlandırıla bilər. Bu cür adlandırma ümumi mahiyyətli olduğu üçün hər hansı siyası, yaxud ictimai fəaliyyəti bura aid etmək olar. Ona görə də bir sıra dəqiqləşmələr aparmaq zərurəti yaranır.
Birincisi, qurum dedikdə konkret olaraq vəzifəli şəxslər nəzərdə tutulur ki, hansısa qərarın qəbul olunması və ya olunmaması onlardan asılı olur. Bu, bir , yaxud bir neçə adam ola bilər. Məsələn, deputatlar qrupu,
hökumət üzvü, yaxud adminstrasiyanın yüksək vəzifəli nümayəndəsi. ikincisi, lobbiləşdirilmiş qərar həm müsbət, həm də mənfi xarakter daşıya bilər. Məsələn, ABŞ-dakı erməni lobbisi vaxtilə Konqres tərəfindən məlum 907-ci düzəlişin qəbul olunmasına nail olmuş, hazırda isə Azərbaycana qarşı ədalətsiz və diskriminasiya xarakterli bu qərarın aradan qaldırılması üçün palata üzvülərinə bütün istiqamətlərdə təzyiq göstərir. Yəni lobbizm eyni dərəcədə həm müsbət, həm də mənfi istiqamətə yönəldilə bilər. Üçüncüsü, lobbiləşmə vəzifəli şəxslərin yalnız maddi stimullaşdırma prinsiplərinə əsaslanmasa da, bu metod lobbizmdə ən geniş yayılmış və təsirli amil hesab olunur. Primitiv mahiyyətli və qanunla təhdid olunan rüşvətvermə əvəzinə, hazırda başqa metodlardan istifadə olunur; seçki fondlarına birdəfəlik, yaxud mütəmadi yardım göstərilməsi, pulsuz xarici səfərlərin təşkil olunması, sərfəli mühazirə turları, vəzifəli şəxslərin qohumlarının, köməkçilərinin, bəzən də ki, hökumət qurumundakı yerlərini itirdikdə özlərinin də “yağlı yerlərlə” təmin olunması. Dördüncüsü, lobbizmi dövlət strukturları üzərində mafioz, klan, yaxud mason nəzarəti ilə qarışdırmaq düzgün olmazdı. Ona görə ki, dediklərimiz gizli və qanunazidd mahiyyət daşıdıqları üçün lobbizmdən tamamilə fərqlənir. Bütövlükdə isə lobbizm məqsədə çatmaq üçün təbii forma hesab olunur. O, istər hərəkət formasında (müxtəlif ictimai birliklər, məsələn: qadın, ekoloji, etnomədəni, sahibkarlar birliyi, müxtəlif komitələr və s.), istərsə də, peşəkar fəaliyyətdə təzahür edir. Hər hansı bir ölkədə lobbizmin inkişafı və yayılması həmin ölkənin siyasi və iqtisadi inkişaf səviyyəsi, həmçinin həmin ölkədə formalaşmış siyasi və dövlət ənənələri ilə müəyyən olunur. Ancaq şübhə yoxdur ki, cəmiyyətin yüksək inkişaf səviyyəsi lobbizmin peşəkar formada daha da mədəni səviyyədə fəaliyyətini şərtləndirir. Məsələn, təkcə Vaşinqtonda bir nüçə min lobbi təşkilatları və kontorları qeydə alınmışdır. Bu, müşavir və məsləhətçi kimi ən yaxşı vəkillərin, iqtisadçıların, istefada olan hərbiçilərin, siyasətçilərin və dövlət nümayəndələrinin də məşğul olduğu yüksəkmaaşlı fəaliyyət formasıdır. Müasir peşəkar lobbi təşkilatları lazımı qərarları qəbul etdirmək üçün siyasətçilərin, vəzifəli şəxslərin ənənəvi stimullaşdırma metodu ilə yanaşı, mətbuat və televiziyada lazımı kompaniyaların təşkil olunması, fraksiyalar arası mübarizə mexanizminin işə salınması, seçicilərdən məktub və teleqram axınını təşkil etmək kimi təsirli
imkanlara malikdir. Birləşmiş Ştatlarda isə bu termin 1829-cu ildən geniş vüsət aldı. Đlk zamanlar ABŞ –
da müxtəlif maraqların “müdafiəçisi” olan maliyyə və siyasət kluarlarında siyasi mənada işlədilməyə
başlanan lobbi termini konqresin dəhlizində pulla səs almağı bildirirdi. ABŞ-da Lobbiçiliyin gündəmə
gəlməsi Birləşmiş Ştatların 18-ci prezidenti Uliss Qrantın dövrünə təsadüf edir. Ölkə prezidenti Qrant
işdən sonra iqamətgahı ilə üz-üzə yerləşən qəlyanaltıya düşərək onun vestibülündə dincəlməklə qeyri-
rəsmi görüşlər keçirirdi. Bunu bilən ictimaiyyətin nümayəndələri onun yanına gələrək öz problemlərindən, çətinliklərindən danışaraq prezidentdən kömək umurdular. Bu işdən xaric qeyri-rəsmi görüşlər siyasi xadimlər arasında əlaqə xarakteri olmaqla yanaşı siyasət tarixində mürəkkəb taleli siyasi hadisə olan Lobbizmin bünövrəsinin qoyulması idi. 1864-cü ildən başlayaraq Konqresin dəhlizində “Pul ilə səs almağı” bildirən lobbiçilik xeyli müddət qeyri-peşəkar siyasət kimi qiymətləndirilirdi. Lobbiçilik yalnız XX əsrdən başlayaraq siyasi təsir vasitəsi kimi istifadə olunmağa başlayır. Daha sonradan Lobbiçilik siyasətdə müəyyən şəraitdə münaqişələri azaltmaq, digər hallarda isə mənafelərini həyata keçirdiyi tərəfin mövqeyindən münaqişə yaratmaq üçün siyasi alət kimi başqa dövlətlərdə də istifadə olunmağa başlandı. Lobbiçilik 1946-cı ildə Birləşmiş Ştatların Ədliyyə Nazirliyində rəsmən qeydiyyata alınır və qanunvericilik əsasında maliyyə nəzarətinə keçir. Federal Lobbi qanununda Lobbiçilik fəaliyyətinə aşağıdakı öhtəliklər qoyur: Amerika Konqresində qanunlara təsir göstərən və ya qanunun qəbuluna və əngəllənməsinə çalışan birbaşa və dolayı pul və qiymətli əşyaları alan və ya toplayan, ya da əsas məqsədi bu olan şəxslər hər 3 aydan bir xərcləmələrinə aid olan qeydləri müəyyən idarəyə təqdim etməlidirlər. Qanundan irəli gələn maddələri incələdikdən sonra lobbiçiliyə bu cür izah vermək olar: “Lobbiçilik bir qrup və topluluq adına hərəkət edərək hökumət qərarlarına təsir göstərmək məqsəd ilə planlanan və bu məqsədlə vətəndaşlarla qərar verənlər arasında quruplaşmağa çalışan bir iş, əlaqə və münasibət olaraq tanınır”.
Həlimə Əliyeva