Dünya sülhə, yoxsa siyasi, iqtisadi və hərbi münaqişələrə doğru irəliləməkdə davam edəcək? Əksəriyyət hesab edir ki, 2024-cü il üçün mənzərə optimist görünmür. Rusiya ilə bütün dünyanın mübarizəsinin davam edəcəyi proqnoz edilir. Belə ki, nə Rusiya geri çəkilənə oxşayır, nə də Ukrayna torpaqlarını güzəştə gedənə. ABŞ və Çin arasında da gərginliyin artacağı istisna edilmir, rəqib geosiyasi bloklar da yarana bilər. Əksər müşahidəçilərin fikrincə, qarşıdan gələn 2024-cü ilin təlatümlü olacağı gözlənilir. Proqnozlara görə, gələn il Afrikada hərbi əməliyyatlar güclənəcək. Bütövlükdə isə hadisələrin necə inkişaf edəcəyi dörd ölkənin – Çin, ABŞ, Hindistan və Rusiyanın qarşılıqlı fəaliyyətindən asılı olacaq. Bu dövlətlər 2024-cü ildə əsas oyunçular olacaqlar.
1. Seçkilər
Bütün dünyada keçirilən və əvvəlkindən daha çox seçicinin iştirak etdiyi seçkilərlə biz demokratiyanın vəziyyətini qlobal miqyasda qiymətləndirə biləcəyik. 2024-cü ildə ümumilikdə 4,2 milyard insanın yaşadığı ölkələrdə 70-dən çox seçki keçiriləcək və bu, tarixdə ilk dəfə dünya əhalisinin yarıdan çoxunun səsvermədə iştirak edəcəyinə işarədir. Lakin 2024-cü ildə həmişəkindən daha çox seçki olsa da, bu, daha çox demokratiyanın olacağı demək deyil. Bir çox hallarda seçkilər nə azad, nə də ədalətli olacaq.
2. Qlobal nəticələrə səbəb olacaq Amerikadakı seçkilər
Seçicilər və məhkəmələr Donald Trampın yenidən Ağ Evə qayıtması barədə hökm verəcək. Çox güman ki, seçkinin nəticəsi bir neçə tərəddüd içində olan ştatında on minlərlə seçicinin qərarlarından asılı olacaq. Lakin bu qərarın nəticələri həqiqətən qlobal olacaq. Çünki onlar iqlim siyasətindən tutmuş Ukraynaya hərbi yardıma qədər hər şeyə təsir edəcəklər. Əslində, Rusiyada seçkilərin nəticələrinin saxtalaşdırılması praktikası o demək ola bilər ki, Vladimir Putinin taleyi Rusiya seçicilərindən deyil, amerikalılardan asılıdır .
Aysel Məmmədli
Vətən Naminə Mətbuat Xidməti