Sabunçu rayonu Gənclər mərkəzində 4 noyabr 2022-ci il tarixində “8 noyabr Zəfər günü” münasibətilə tədbir keçirilmişdir. Tədbirdə Sabunçu rayon icra hakimiyyətinin başçısı Adil Vəliyev, rayon rəhbərliyi, Yeni Azərbaycan partiyasının rəhbər heyəti, Azərbaycanda Qarabağ Müharibəsi Əlilləri Veteranları və Şəhid Ailələri ictimai birliyinin Sabunçu rayon filialının üzvləri iştirak etmişlər. Tədbirdə Azərbaycanın ərazi bütövlüyü uğrunda Şəhid olanların əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Sabunçu rayon icra hakimiyyətinin başçısı Adil Vəliyev öz çıxışında bizə zəfər qazandıran hərbiçilərimiz haqqında ətraflı məlumat verərək Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə öz minnətdarlığını bildirdi. Çıxış edənlər hərbiçilərimizin qəhrəmanlıqlarından vurğuladılar. Tədbir canlı orkestrin çıxışı ilə bayram konserti ilə davam etdi.
Həlimə Əliyeva