Azərbaycan öz müstəqilliyini ikinci dəfə bərpa etdikdən sonra erməni və onun havadarlarının hücumuna məruz qalaraq 30 ilə yaxın 20 % torpağımız işğal altında qalırdı. Formalaşmaqda olan Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələri ilə hərbi əməkdaşlığı Azərbaycanın müdafiə qüdrətini günü-gündən artırırdı. Cənubi Qafqazın ən qüdrətli ordusuna çevrilən Azərbaycan Ordusu 27 sentyabır 2022-
ci ildə əks hücum əməliyyatına başlayaraq 44 günlük Vətən Müharibəsində möhtəşəm Qələbə qazanaraq işğal altında olan ərazilərimizi düşməndən azad etdi. Azərbaycanın Silahlı Qüvvələrində müasir innovativ texnologiyaların tətbiq edilməsi ilə zəruri islahatlar, təkmilləşdirmə prosesi həyata keçirilir. Bu proses zamanı isə müharibənin nəticələrinin təhlilləri də nəzərə alınmaqla NATO-nun ən güclü ordularından birinə malik olan qardaş Türkiyənin müdafiə sənayesinin imkanlarından, təcrübə və problemə yanaşmalarından geniş istifadə olunur. 2021-ci il iyunun 15-də Qars müqaviləsindən yüz il sonra iki dost və qardaş ölkə arasında imzalanan müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsi digər sahələr kimi, hərbi əməkdaşlığın daha da genişləndirilməsinin yol xəritəsinə çevrildi. Bu yaxınlarda həm Azərbaycanın, həm də Türkiyənin qanunverici orqanları tərəfindən təsdiqlənən Bəyannamədə konkret olaraq hər iki dövlətdən hansısa birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış
sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə siyasi, diplomatik və digər əməkdaşlıqdan başqa, ehtiyac yaranarsa Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyətinin təşkil olunması nəzərdə tutulur.
Hüquqi qüvvəyə minmiş sənəd, eyni zamanda, özündə iki qardaş ölkənin silahlı qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səy göstərilməsini, müdafiə qabiliyyətlərinin və hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə yönələn şəxsi heyət mübadiləsini, birgə təhsil və təlimlərin keçirilməsini, müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunmasında sıx əməkdaşlığı və bu məqsədlə səlahiyyətli struktur və qurumların əlaqəli fəaliyyətinin təmin edir. Azərbaycan və Türkiyə orduları arasında dostluq və tərəfdaşlıq münasibətlərinin nəticəsi olaraq, qardaş ölkənin sürətlə inkişaf edən müdafiə sənayesinin müasir texnologiyalar əsasında istehsal etdiyi ən yeni silahların və digər hərbi vasitələrin Azərbaycan Ordusunun silahlanmasına daxil edilir. Zəfər gününun iki illiyini qeyd edirik. Bu qələbəni bizə yaşadan Rəşadətli ordumuz qardaş Türkiyə dövlətinin Silahlı Qüvvələri ilə birgə əməkdaşlığı nəticəsində dünyanın ən güclü ordularından birinə çevrilmişdir. Yaşasın Türkiyə Azərbaycan qardaşlığı! Zəfər
gününüz mübarək!
Aris Məmmədov