Azərbaycan növbəti dəfə WAKO versiyası üzrə Dünya Kubokunu qalibi oldu- Könül Nəbizadə
Eduard Məmmədovun adı gələndə gözlərimiz önünə ən yüksək arenalarda dalğalanan üçrəngli bayrağımız gəlir. Bilirik ki, hansı yarışda həmyerlimiz, dəyərli qardaşımız varsa, demək orda qalibiyyət bizimdir.
Biz təkcə idmanda yox, bütün sahələrdə uğurlar qazanmaqla yanaşı, dünya tarixinə mədəni, elmi və ədəbi töhfələr verən, böyük tarixi şəxsiyyətlər yetirən, adı, imzası bəlli olan bir xalq kimi dünyanın diqqətini hər zaman cəlb edirik. Ancaq elə uğurlar var ki, onlar dünya miqyasında təqdim edilərkən, dövlət himnimiz səsləndirilir, bayrağımız qaldırılır,dalğalanır. Həmin uğurlu addımları bizə idmançılarımız da yaşadır.
“Ağ Canavar” ləqəbli Azərbaycanlı peşəkar kikboksçu, 28 qat dünya çempionu, 9 qat Avropa çempionu,11 qat dünya kubokunun sahibi,15 qat Azərbaycan çempionu, Asiya və Avrasiya çempionu, peşəkarlar arasında dünya çempionu, peşəkarlar arasında WAKO versiya üzrə interkontinental kəmərin sahibi, peşəkarlar arasında IKBO versiya üzrə dünya kəmərinin sahibi, əməkdar idman ustası, əməkdar məşqçi, Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi, Azərbaycan Kikboksinq Federasiyasının İdarə heyətinin sədr müavini, Milli komandanın baş məşqçisinin köməkçisi, Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin İdman-təlim şöbəsinin rəisi, polis polkovnik-leytenantı, Azərbaycan idmançısı Eduard Məmmədov Türkiyənin İstanbul şəhərində kikboksinqin WAKO versiyası üzrə Dünya Kubokunu qazanıb.
Hörmətli qardaşımız Eduard Məmmədov 63 kiloqram çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.O,”master class” kateqoriyasında “Light Contact ve Kick Light” versiyasında ümumi beş döyüşə çıxıb.Finalda İsveç idmançısı Ahlvarsson Olaya qalib gələrək iki qızıl medal qazanıb. Bununla da E.Məmmədov, 11-qat WAKO versiyası üzrə Dünya Kubokunun qalibi olub.