Liderlik- komanda üzvlərinə göstəriş verməklə bərabər lazım olduqda praktiki olaraq işi izah etmək, iş bölgüsündə ədalətli olmaq və öz öhtəliyinə də müəyyən işləri götürməkdir.
Yaxşı lider hər zaman komandanın zəif tərəflərini öyrənməli və onları aradan qaldırmaqda 1 nömrəli yardımçı olmalıdır. İşçilərin səhvlərini deməli və öz səhvlərini işçilərin dilindən eşitməlidir. İşçilər liderdən qorxmamalı, əksinə ona güvənib hörmət etməlidirlər.
1900-cü illərdə liderlik bəzi fitri şəxsiyyət xüsusiyyətlərinə bağlı idi. Lider deyildikdə insanlar həvəsli, güclü natiqlik qabiliyyəti olan, insanlara təsir edən, kütlələrini arxalarına sürükləyən, güclü ictimai münasibətləri olan və xarizmatik bir xarakter düşünürdülər. Xarizma sahibi olan liderlərə Franklin Ruzvelt və Uinston Çörçili misal göstərmək olar. Xarizma olmadan da yaxşı lider olmaq mümkündür, xarizmalı liderlərinsə şübhə doğurmaları nadir rast gəlinən hal deyil. Bir çox biznes-liderlər kölgədə qalmaqla öz əlaltında olanların qəlb və beyinlərinə sakitcə yol tapa bilib. Çin filosofu Lao-szının dediyi kimi, “ən yaxşı liderlər mövcudluğundan xalqın xəbərsiz olduğu rəhbərlərdir”. Liderlər hansı keyfiyyəti ilə fərqlənməlidir?
-İnam verməli
-Komanda Ruhuna inanmalı
-Ünsiyyətlərinin güclü olması
-özünüdərketmə
-Minnətdarlıq və s.
Liderlik və idarəetmə terminləri bir-birinin əvəzinə istifadə olunmağa meyllidir, lakin eyni deyil. Liderlik idarəetmə vəzifələrindən kənara çıxan xüsusiyyətlər tələb edir. Həm liderlər, həm də menecerlər əllərindəki qaynaqları idarə etməlidirlər, lakin həqiqi rəhbərlik daha çox şey tələb edir. Bütün menecerlər lider olmalıdırlar, hərçənd gerçəkdə onların çoxu olsa-olsa müdirdir. Menecerlər onların altında çalışan insanlar tərəfindən ilham verən kimi təsvir edilə bilər və ya edilməyə bilər, ancaq lider onları izləyənlərə
ilham verməlidir. Liderlər və menecerlər arasındakı digər fərq, liderlərin yeniliyi hər şeydən üstün tutmasıdır. Bir menecer şirkət qaydalarına riayət edərkən öz komandasını hədəflərinə çatmaq üçün ilhamlandırmağa çalışarkən, bir lider, mövcud korporativ strukturlar hesabına olsa da, daha yüksək məqsədlər qoymaq və əldə etməklə daha çox məşğul ola bilər. Bir işçinin bir məsələni həll etmək üçün radikal bir yeni fikri olduqda, çox güman ki, bir lider həmin şəxsi fikri davam etdirməyə təşviq edəcəkdir.
Əgər siz lider olmaq istəyirsizsə, çalışın yaxşı lider olasız. Bunun üçün kifayət qədər çalışmaq və özünü-inkişaf etdirmək lazımdır. Müxtəlif kurslar və kitablar oxumalı, praktiki bacarıqları təcrübədən keçirmək lazımdır. Ölkəmizdə keçirilən müxtəlik beynəlxalq və yerli yarışlarda könüllü kimi fəaliyyət göstərib liderlik bacarıqlarınızı praktik cəhətdən yoxlaya və inkişaf etdirə bilərsiniz.
Sadəcə nəticələrin əldə edilməsilə yaxşı lider olunmur. Yaxşı liderlər zəhmət tələb edən nəticələrə qəsdən başqalarının köməyindən faydalanaraq nail olurlar. Onlar tək başına uğursuz şirkətləri şanslı təşkilata çevirə bilirlər. Onlar kampaniyanın inkişafını dəyişə bilərlər. Yaxşı liderlik ümumi nailiyyət üçün ən əsas vasitədir.
Həlimə Əliyeva