Tədbirdə dövlət himni səsləndirildikdən sonra Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və tədbiri giriş sözü ilə “Azərbaycan Vətənpərvərlər” İctimai Birliyinin sədri Mahmudzadə Elvin açıq elan edib.
“Gənclər Gələcəyimizdir” adlı tədbir VETENNAMİNE.AZ saytı tərəfindən işıqlandırılıb.
Tədbir çərçivəsində Milli Məclisin deputatı Jalə xanım, şəhid atası, qazilər, QHT sədrləri, idmançı və gənc vətənpərvər gənclər çıxış ediblər.
Çıxışçılar gənclərimizin dövlətimizin inkişafındakı rolundan, vətəndaş cəmiyyətində aktiv iştiraklarından, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırılmasında gənclərin potensialından söz açıblar.
Sonda xatirə şəkli çəkilib.
Asiman Xəlili
Vətən Naminə Mətbuat Xidməti