Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən VETENNAMİNE.AZ-a verilən məlumata əsasən, nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 2022-ci ildən icrasına başladığı “RehaBus” (Reabilitasiya Avtobusu) layihəsi çərçivəsində əlilliyi olan 1250 şəxsə xidmət göstərilib.
Layihənin məqsədi Bakı və ətraf ərazilərdə yaşayan əlilliyi olan şəxslərin ambulator və icma əsaslı reabilitasiya xidmətlərinə əlçatanlığını artırmaq, müvafiq müəssisəyə asan, rahat şəkildə çatmasını təmin etməkdir.
Reabilitasiya avtobusları Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun müxtəlif ərazilərində əvvəlcədən təyin olunmuş gözləmə məntəqələrindən əlilliyi olan uşaqları (onları müşayiət edən yaxınları ilə birgə) götürərək Bakı şəhərindəki 2 saylı Uşaq Reabilitasiya Mərkəzinə çatdırır. Reabilitasiya proseduru bitdikdən sonra isə onlar yenidən geri qaytarırlar.