4 noyabr 2022-ci tarixində Eynulla Ağayev adına 198 nömrəli tam orta məktəbdə “8 Noyabr Zəfər Günü”nə həsr olunmuş ” Zəfərin mübarək,Azərbaycan!” adlı tədbir keçilirmişdir. Tədbirdən vetennamine.az saytının əməkdaşları tərəfindən hazırlanan reportajı sizlərə təqdim edirik. Tədbirdə vətən müharibəsi iştirakçıları, Ramana qəsəbəsi bələdiyyə sədri və qəsəbə icra nümayəndəsi,”Abadlığ” ın Ramana kənd icraçısı, hərbi səfərbərliyin nümayəndələri və Azərbaycan Qarabağ Müharibəsi Əlilləri Veteranları və Şəhid Ailələri ictimai birliyinin Sabunçu rayon filialının sədr müavini Şahin Bağırov iştirak etmişlər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı.Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Tədbirdə şagirdlər vətənpərvərlik və qələbə ruhlu şeirlər, tamaşalar və mahnılar səsləndirdilər.Tədbirin sonunda Polkovnik- leytenant Rəşad İsrafilov, mayor Elvin Əhmədov, gizir Mövsüm İsgəndərov, Teymur Məlikov, İsmayıl Əhmədzadə,Allahyarov Muxtar, Həsənov Həsənov, Ağarza Paşayev, Ələkbər Məmmədov, Azerbaycan Qarabağ Müharibəsi Əlilləri Veteranları və Şəhid Ailələri ictimai birliyinin Sabunçu rayon filialının sədr müavini Şahin Bağırov və digərləri 198 nömrəli məktəbin rəhbərliyi tərəfindən fəxri fərmanlarla təltif olundular. Tədbirin sonunda tədbir iştirakçıları ilə xatirə şəkilləri çəkildi.
Həlimə Əliyeva