24-26 dekabr tarixləri arasında Trendyol-un İstanbuldakı əsas mərkəzində, Məlumat Təhlükəsizliyi Departamentində kibertəhlükəsizlik mövzusunda peşəkar təlim və təcrübə proqramı keçiriləcəkdir.
Bunu Kibertəhlükəsizlik Platformasının mətbuat xidmətindən vetennamine.az saytına bildiriblər.
Təlimlər zamanı iştirakçılar, kibertəhlükəsizlik sahəsində nəzərəçarpan uğurları olan Trendyol-un daxilindəki ən son texnologiyalar, sistemlər və təhlükəsizlik prosesləri ilə tanış olmaq imkanına malik olacaqlar. Bu təcrübə proqramı çərçivəsində tələbələr, kibertəhlükəsizlik sahəsində bilik və bacarıqlarını artırmaq, onları müvafiq sahədə peşəkar karyera sahibləri kimi hazırlamaq üçün müasir təcrübələr və yüksək keyfiyyətli təlimlərlə təmin ediləcək.
Təcrübə proqramı çərçivəsində səfərdə olan tələbələr Türkiyənin Trendyol şirkəti başda olmaqla müxtəlif şirkətlərinə səfərlər edəcək və oradakı imkanlarla yaxından tanış olacaqlar. Nəzərinizə çatdıraq ki, layihənin əsas dəstəkçisi və tərəfdaşı (AKTA) Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasıdır. Bundan əlavə, Kibertəhlükəsizlik Platforması AKTA-nın akademik üzvüdür.