Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətindən VETENNAMİNE.AZ saytına bildirilib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, İqtisadiyyat, Energetika nazirliklərinin, Dövlət Gömrük Komitəsinin rəsmilərinin və əməkdaşlarının, eləcə də könüllülərin iştirakı ilə Müşfiqabad qəsəbəsində Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun ağaclar əkilib.
Aksiya çərçivəsində 1 hektar ərazidə 700-dək Eldar şamı və zeytun ağacı əkilib.