Azərbaycançılıq Azərbaycan xalqının milli dövlətçilik ideologiyasıdır. Dünyanın qədim xalqlarından biri olan Azərbaycan xalqı əsrlər boyu öz həyat tərzində, etnoqrafiyasında, maddi və mənəvi dəyərlərində zərrə-zərrə Azərbaycançılığı yaşadıb. Əlbəttə, azərbaycançılığın milli mahiyyətini xalqımızın milli-etnik soykökünə qayıdışı, əsrlər boyu əxz etdiyi milli-mənəvi dəyərlər, ana dilimiz və düşüncə sisteminə söykənərək özünüməxsusluğunu qoruması təşkil edir. Bu baxımdan, azərbaycançılığın əsası birmənalı olaraq milliliklə, milli düşüncə ilə sıx bağlıdır. Bunlarsız azərbayançılığı təsəvvür etmək mümkün deyil. Ana dilinin varlığı, anadilli məktəblərin formalaşdırılması, milli mədəniyyətimizin təşəkkülü azərbaycançılığın
əsas hərəkət verici qüvvəsi kimi özünü təqdim edib. Tarixən milli-mənəvi dəyərlərin, milli ruhun qorunması azərbaycançılıq ideologiyasının inkişafına təsir edən amillər olub. Dispor işi ilə məşğul olan xaricdəki Azərbaycan təşkilatları bütün güclərini səfərbər edərək öz fəaliyyətlərini azərbaycançılıq ideologiyası əsasında qurmalı və bu ideologiyanı-Azərbaycanın səsini, varlığını, dövlətçilik qürurunu fəxrlə təbliğ
etməlidirlər.
Həlimə Əliyeva