Əvvəlcə o,özü haqqında ətraflı məlumat vermişdir. Daha sonra 44 günlük vətən müharibəsi haqqında
verilən sualları cavablandırmışdır. Ülvi Salayev 25 avqust 1995-ci ildə anadan olub.Orta təhsilini 31 saylı
tam orta məktəbdə almışdır.Daha sonra təhsilini peşə məktəbində davam etdirmişdir.Bitirdikdən sonra
19 yaşında N saylı hərbi hissəyə xidmətə getmişdir.Hərbi xidməti bitirdikdən sonra 9111 taksi şirkətində
işə başlamışdır.Səfərbərlik müddətində döyüşlərə çağırıldığı zaman işini yarım qoyub hərbi hissəyə
yollanmışdır.İlk günlərdə o,təlimlər keçdiklərini bildirib.Daha sonra Fizuli ,Cəbrayıl,Xocavənd ərazilərində
başlamış döyüşlərdə iştirak etmişdir.Gedən döyüşlərdə Məmmədov Fərid və Muradov Siyavuş adlı iki
komandirinin şəhid olduğunu bildirmişdir.Növbəti gün Xocavəndə hücum zamanı düşmən təcavüzkarları
tərəfindən özünün və digər əsgər yoldaşlarının artileriya mərmisi vasitəsilə vurulduğunu bildirib.Bu
yaralanma səbəbi ilə o,bir ayağını itirmiş və 3-cü qrup əlil olmuşdur.Daha sonra müharibədən yadda
qalan anlarını bizimlə paylaşmışdır.Döyüşlərdə iştirak etdiyi üçün qürur hissi duyduğunu,30 ildən sonra
işğaldan azad edilmiş ərazilərə ayaq basmağın necə şərəfli bir hiss olduğunu bildirmişdir.Müharibə
psixoloji vəziyyətinin yaxşı olmadığını və depressiyaya meyilli olduğunu lakin qısa vaxt ərzində bu
vəziyyətdən özünü çıxarıb, normal vəziyyətə qayıtdığını bildirib. Sonra o gənclərə öz tövsiyyəsini
vermişdir.Belə ki, həssas kateqoriyadan olan şəxslərə özlərini belə psixoloji vəziyyətdən qorumağı
tövsiyyə edib.
Son olaraq verilişə daxil olan bir müraciət səsləndirilmişdir.Müraciət Samux rayon Yeniləndi kənd sakini
3-cü qrup Qarabağ əlili Əsədov Yasəf tərəfindən olmuşdur.Belə ki, o əlilliyinin ləğv olunduğunu
bildirib.Vətən Naminə TV bu ƏƏSMN-nin vəzifəli şəxslərindən bu məsələ ilə yaxından maraqlanmağı və
ədalətli qərar qəbul etməyi xahiş etmişdir.
Həlimə Əliyeva













