vetennamine.az saytına verilən məlumata əsasən , Sabunçu rayonunda təsdiq olunmuş ideoloji maarifləndirmə tədbirlər planına uyğun olaraq “Müzəffər Ali Baş Komandan-xalq-ordu birliyi” mövzusunda 1-ci Qarabağ müharibəsinin və Vətən müharibəsi işrirakçılarının gənclərlə görüşü keçirilmişdir. Sabunçu Gənclər evində keçirilmiş görüşdə YAP Sabunçu rayon təşkilatının sədr müavini,müharibə iştirakçısı Zülfüqar Cəfərov,Sabunçu rayon İcra hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər üzrə şöbə müdirinin müavini Ceyhun Abbasov,Qarabağ Müharibəsi Əlilləri,Veteranları və Şəhid ailələri İctimai birliyinin fəal üzvləri,Gənclər evinin direktor əvəzi,psixoloq Gülşən Axundova iştirak etmişlər. Tədbir Ulu Öndər Heydər Əliyevin və Şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılmışdır. Çıxış edən YAP Sabunçu rayon təşkilatının sədr müavini Zülfüqar Cəfərov xalqımızı Zəfərə aparan yoldan,ordu quruculuğundan,dövlətimizin torpaqlarımızı işğaldan azad etmək üçün apardığı uğurlu dövlət siyasətindən və 44 günlük Vətən müharibəsindəki Şanlı qələbəmizdən danışaraq,Müzəffər Ali Baş Komandanımız,ölkə başçısı Cənab İlham Əliyevin rəhbərliyi və əsl sərkərdəlik nümunəsi göstərməsini xüsusi qeyd etmişdir. Z.Cəfərov vurğulamışdır ki, 44 günlük haqq savaşımızda sosial və siyasi durumundan asılı olmayaraq bütün Azərbaycan vətəndaşları ölkə rəhbərliyinin ətrafında sıx birləşərək tarixi qələbəyə nail ola bildik. Çıxış edən İcra Hakimiyyətinin şöbə müdirinin müavini Ceyhun Abbasov, Qarabağ müharibəsi əlilləri Çingiz Tağıyev,Arif Səmədov,gənc qazi Elmar İlyasov da xalq-ordu birliyinin vacibliyini qeyd etdilər. Görüş diskussiya şəraitində davam etdi və gəncləri maraqlandıran suallara cavablar verildi. Sonda tədbir iştirakçıları xatirə şəkli çəkdirdilər.
Həlimə Əliyeva













