Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dövlət qurumu olaraq jurnalistlərə qarşı açıq, səmimi ən əsası isə əlçatan olduqlarının bir daha şahidi olduq.
Vetennamine.az saytı olaraq Nazirliyin təşkilatçılığı ilə Zığ-Heydər Əliyev Beynəlxalq Hava Limanı magistral avtomobil yolunun 10-cu kilometrliyində salınan zeytun bağında dincəldik, illər əvvəl bu ərazidə əkilən yüzlərlə zeytun ağaclarının nübarını topladıq, ən əsası isə birbaşa olaraq nazir müavinləri, mütəxəssislərlə görüşüb bizi maraqlandıran suallara cavab aldıq.
Media nümayəndələri ilə nazirliyin rəhbər şəxsləri arasında əməkdaşlığın səmimi və əlçatan qurulmasını təmin etmək məqsədilə bu təşəbbüsü təşkil edən, əziyyəti keçən hər kəsə təşəkkür edirik.
“Jurnalistlərə qarşı göstərdiyi diqqətlə hər zaman fərqlənən Nazirliyin Mətbuat katibi İradə İbrahimovaya isə xüsusilə belə bir günü təşkil etdiyi üçün təşəkkür edir, digər bütün qurumlarımızdan da bu kimi addımlar gözləyirik”













