Hörmətli oxucular, siz heç də təəcüblənməyin, bu həqiqətə yaxın bir
əhvalatdır. İslam dinini qəbul edənlərə hədislər vasitəsi ilə dindarlar çatdırmağa
çalışırlar ki, axirət günü yaxınlaşır və axirət günü bütün canlılar dünyasını
dəyişəcək, sonradan isə onların ruhları oyanaraq bu dünyaya qayıdacaqlar.
Bəzilərimiz buna inanır, lakin inanmayanlar çoxluq təşkil etməkdədir. Mənim bu
məqaləm inanmayanları haqqa dəvət etməkdən ibarətdir. Hər bir oxucudan xahiş
edirəm ki, bu məqalənin diqqətlə oxuyub yaxınlarınızla paylaşasız, xüsüsən də dini
mərasimlərdə təbliğ edəsiz.
Hər bir Azərbaycan Respublikasının vətandaşı dövlət qayğısı ilə əhatə
olunur. Bu qayğıdan sözsüz ki, hər-bir vətəndaş eyni qaydada yararlanmadığına
görə razı qalanda var, razı qalmayanda. Ancaq hər iki halda Allaha şükür
etməyimizi dinimiz buyurur. Əhalinin həssas qrupuna aid olan şəhid ailələri,
Qarabağ müharibəsi əlilləri və veteranları xüsusi dövlət qayğısı ilə əhatə olunurlar.
Buna misal kimi şəhid ailələrinin və müharibə əlillərinin fərdi yaşayış evləri,
mənzillərlə və hərəkət-dayaq sistemində məhdudiyyət olan əlillərin minik
avtomobilləri ilə təmin olunmaları, dövlət hesabına sanatoriya-kurort müalicəsinin
təşkil olunması, pensiyaların və təqaüdlərin artırılması, övladlarının pulsuz təhsil
almaları, sığorta pullarının dövlət büdcəsi hesabına birdəfəlik ödənilməsi və digər
çoxsaylı xidmətlər.
Şəhid ailələri sığorta pulu ilə tam təmin olunduqdan sonra Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev cənabları Qarabağ müharibəsi əlillərinin
sığorta pullarının verilməsi barədə sərəncam imzaladı. Bu sərəncamın necə yerinə
yetirilməsi ilə əlaqədar redaksiyamız araşdırma aparıb. Avqust ayının əvvəlində
ƏƏSMN-nin alt sistemində olan 11000 nəfər birdəfəlik ödəmə ilə təmin
olunmuşlar. Birdəfəlik ödəmə ilə təmin olunmayanların səbəbi Müdafiə
Nazirliyinin Mərkəzi Hərbi-Həkim Komissiyasında qərarın alt sistemə vaxtında
işlənilməməsi bəlli oldu. Bu məsələyə kömək məqsədi ilə ƏƏSMN-nin
əməkdaşları Müdafiə Nazirliyində mütəxəsis olmadığına görə həmən quruma
ezam olundu və bu günə olan məlumata əsasən artıq 3000 nəfər əlavə olaraq təmin
olunub.
İndi keçək əsas məsələyə. Vəfat etmiş əlillərin varisləri bu günə kimi
birdəfəlik ödəmə ilə təmin olunmayıblar. Bizə edilən müraciətlərə görə
varislik təyin edən Ədliyyə Nazirliyindən bildirdilər ki, ƏƏSMN-də vəfat
etmiş əlillər sağ göstərildiyi üçün varislik təyin etmək mümkün deyil. Bununla
bağlı ödəmə ala bilməyən əlillərin valideyinləri və həyat yoldaşları ƏƏSMN-
nə avqust ayının əvvəllərində müraciət edərək xahiş etmişlər ki, onların
övladlarını vəfat etmiş kimi qeydə alsınlar. Cavab olaraq onlara bildirilir ki,
araşdırma aparılır. Çox əfsuslar olsunki hələdə haqq dünyasından cavab
vermirlər. 07 sentyabrb 2022- ci ildə ƏƏSMN- nin qaynar xəttində olan
Cəmilə xanım Dünyamalıyeva ilə əlaqə saxlayıb cavabın öyrənməyə çalışdıq.
Cəmilə xanım bildirdi ki, həqiqətən bu məsələ mövcuddur, müraciətlərin sayı
çox olduğuna görə hələ cavablandırmaq mümkün olmayıb. Bildirmək
istərdim ki, vəfat etmiş əlillərin sayı 400 nəfər civarındadır, 20 iş günü ərzində
cavab verməli olan nazirlik 1 ay ərzində hələ heç kimə cavab verməyib. Bütün
din xadimlərindən xahiş olunur ki, vəfat etmiş əlillərin həqiqətən haqq
dünyasında olmaları haqqında alt sistemə salınması üçün nazirliyin
əməkdaşlarına köməklik göstərsinlər.
Aris Məmmədov













