9 oktyabr – Vətən Müharibəsi şəhidi
Rəhimov Zamin Vahid oğlunun şəhadətə yüksəlməsindən 5 il keçir. Şəhadətin mübarək şəhidim. Bu münasibətlə şəhid Zamin Vahid oğlunun Binəqədi rayonu ərazisində yerləşən Şəhidlər xiyabanında şəhidin məzarı Cəbrayıl rayonu İcra Hakimiyyəti əməkdaşları AZQMƏVŞAİB Cəbrayıl rayon filialının sədri Səbuhi Hüseynov və filialın üzvləri, rayon ictimaiyyəti tərəfindən ziyarət edildi,məzarı üzərinə tər qərənfillər qoyuldu, ruhuna dualar oxundu.
Şəhidləri unutmayaq, unutdurmayaq!!
Allah şəhidlərə rəhmət etsin! Şəhidlər Vətənin, xalqın qürurudur!