Bununla əlaqədar Azərbaycan Qarabağ Müharibəsi Əlilləri , Veteranları və Şəhid Ailələri İctimai birliyi ön
xəttə yerləşən Müdafiə Nazirliyinin hərbi birləşməsi ilə birlikdə bayram tədbiri keçirmişdir.
Vetennamine.az saytının çəkiliş qrupu tərəfindən tədbirdən hazırlanmış qısa reportajı sizə təqdim edirəm.
Tədbir Ulu Öndər Heydər Əliyev və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid
olanların əziz xatirəsinin yad edilməsi vəAzərbaycan Respublikasının himninin ifa edilməsi ilə başladı.
Tədbirdə hərbi birləşmənin rəhbər heyyəti , Dövlət və İctimai xadimlər , Azqebsaib-in sədri və filial
sədrləri 1-ci Qarabağ savaşı , 2016-cı ilin aprel döyüşündə və 44 günlük savaşda şəhid olanların ailə üzvləri
və qazilər iştirak etmişlər.
Tədbirdə iştirak edən Şəhid Ailələri və Qazilər qarşısında hərbi hissənin Komando qrupları təntənəli marş
ilə keçərək,nümunəvi çıxışlar göstərdilər. Çıxışın sonunda Şəhid Anaları Komando qrupunun üzvlərini
bağırlarına basdılar.Bir neçə Şəhid Anası çıxış edərək,övladlarının ölməzliyini vurğulayaraq, vətən
qarşısında öz borclarını şərəflə yerinə yetirərək şəhidlik zirvəsinə ucalmışlar.Tədbirdə iştirak
edənAzərbaycan Qarabağ Müharibəsi Əlilləri , Veteranları və Şəhid Ailələri İctimai birliyinin sədri Mehdi
Mehdiyev Silahlı Qüvvələr günü münasibətilə hərbi qulluqçuları təbrik edərək gələcək xidmətləri üçün
tövsiyyələr verdi. Tədbirdə iştirak edən Komando qruplarından fərqlənən hərbiçilər İctimai Birliyin təsis
etdiyi medallarla və kiçik hədiyyələrlə təltif olundular.Bundan əlavə Azərbaycan Vətən Müharibəsi ib sədri
Füzuli Rzaquliyev tədbir iştirakçıları qarşısında çıxış edərək,onları bayram münasibətilə təbrik etdi və
növbəti bayramları Xankəndidə və digər tarixi torpaqlarımızda qeyd etməyi arzuladı.
Bədii hissədə müxtəlif kompozisiyalar təşkil olunmuşdur.
(Xalq arasında Yaşa Azərbaycan mahnısı ilə rəğbət qazanmış Nurlan Ordubadlı,Beynəlxalq müsabiqələr laureatı
Ayxan Xəlilli, 9-cu sinif şagirdi Məmmədzadə İsmayıl əsgərlər qarşısında çıxış etdi.)
Tədbirin sonunda Azərbaycan Qarabağ Müharibəsi Əlilləri , Veteranları və Şəhid Ailələri İctimai birliyinin
fəal üzvləri vətənpərvərlik işində fərqləndiklərinə görə və Silahlı Qüvvələrin yaranmasının 104-cü il
dönümü münasibətilə Fəxri Fərmanla təltif olundular və Hərbi Hissənin rəhbərliyi ilə xatirə şəkli
çəkdirmişlər.
Ümid edirik ki, belə tədbirlər hərbi qulluqçuların ruh yüksəkliyinin artırılmasına xidmət edəcək.
Həlimə Əliyeva













