Zelenski 5 şəhərə “Qəhrəman şəhər” adı verdi

Ukrayna Prezidenti Vladimir Zelenski ölkənin 5 şəhərinə “Qəhrəman şəhər” adı verib.

Vetennamine.az xəbər verir ki, bu barədə Zelenski video-müraciətində bildirib.

O, Böyük Vətən müharibəsində verilən bu fəxri adı geri qaytarmaqla, əslində, şəhərlərə hücum və şəhər sakinlərinin müqaviməti baxımından mahiyyətcə heç bir fərq olmadığını deyib.

Beləliklə, Zelenski Xarkov, Çerniqov, Mariupol, Qostomel və Volnovaxanın “Qəhrəman şəhər” adına layiq görüldüyünü elan edib.

Qeyd edək ki, “Qəhrəman şəhər” adı Hitler Almaniyasının SSRİ-yə hücumu zamanı mətinliklə mühasirəyə dözən, küçə döyüşləri aparan, böyük itkilər və məhrumiyyətlər hesabına müqaviməti sonadək davam etdirən şəhərlərə verilirdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.