VETENNAMİNE.AZ xəbər verir ki, Azərbacan xalqına Zəfər gününü bəxş edən qəhrəmanlardan biri də Həmidov Elşən Məzahir oğludur. O, 28 avqust 1979-cu ildə Füzuli rayonunun Əhmədalılar kəndində anadan olmuşdur. B.Əliyev adına Əhmədalılar kənd tam orta məktəbini bitirmiş və hərbi xidmətdə olmuşdur.
2000-ci ildən 2019-cu ilə kimi ANAMA-da çalışmışdır. 2019-cu ildə N saylı hərbi hissədə xidmət etmişdir. 44 günlük Vətən müharibəsinin ilk günlərindən döyüşə atılmış, 8 noyabr 2020-ci ildə şəhid olmuşdur.
Ailəlidir. 3 övladı var.
Anım günüdə Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Füzuli rayon filialının üzvləri, Füzuli rayon İ.H.Əhmədalılar kənd üzrə nümayəndəsi, kənd camaatı və şagirdlər iştirak edib.
Hörmətli Prezidentimiz İ.Əliyev cənablarının Sərəncamı ilə Həmidov Elşən Məzahir oğlu “Vətən uğurunda” və “Füzulinin azad olunması” medalları ilə təltif olunmuşdur.
Əziz şəhidlər, biz gəldik ki, sizin bizlərə bəxş etdiyiniz Zəfər Gününü təbrik edək. Zəfər Gününüz mübarək.