Bu gün 44 günlük Vətən müharibəsində qəhrəmanlıq və şücaət göstərərək şəhidlik zirvəsinə yüksələn Zamin Vahid oğlu Rəhimovun anadan olmasından 36 il ötür. Şəhidimizin anadan olma günü münasibətilə AZQMƏVŞAİB Cəbrayıl filialının sədri Səbuhi Hüseynov sədr müavini Məlahət Məhərrəmova, filial üzvləri, Şərqi Zəngəzur Regional Mədəniyyət evinə tabeli Mahmudlu Kənd Uşaq Musiqi Məktəbin müəllim kollektivi ,M Allahverdiyev adına Çullu kənd orta məktəbdə şəhidin adını daşıyan sinfin sinif rəhbəri və şagirdləri , şəhidin ailə üzvləri və yaxınları da iştirak etdilər.Şəhidin məzarı üzərinə tər qərənfillər qoyuldu.Şıhidin döyüş yodaşları şəhid haqqında xatirələrini söylədilər. Şagirdlər şeir söylədilər və şəhidin şəkli toxunmuş xalça şəhidin ailəsinə təqdim olundu.
Allah Şəhidlərə rəhmət etsin

Şəhidlər Vətənin, xalqın qürurudur !!!


