İnsan sağlamlığına verdiyi töhfələr müxtəlif araşdırmalarla dəstəklənən zəncəfil ölkəmizdə populyarlığı artan qidalardan biridir. Tarixi min illərə gedib çıxan bu bitkinin kökündən ənənəvi tibbdə də tez-tez istifadə olunur.
Latın adı Zingiber Officinale olan zəncəfil Asiyanın tropik bölgələrində böyüyür və bolca istehlak olunur. Əsasən mətbəxlərdə ədviyyat kimi istifadə edilən zəncəfil çayı da geniş istifadə olunur. Bəşər tarixində uzun bir tarixə malik olan bu bitkinin insan sağlamlığına mümkün töhfələrini aşağıdakı kimi sadalaya bilərik:
Mədə pozğunluğuna yaxşı gələ bilər
Xüsusilə yeməkdən sonra bir çox insanın yaşadığı həzmsizliyə qarşı yaxşı ola bilən zəncəfil ağrı və narahatlığı aradan qaldıra bilər. Zəncəfilin bu xüsusiyyəti onun mədədə qidanın boşalma prosesini qısaltması ilə bağlıdır. Bu, tədqiqatlarla da təsdiqlənir və zəncəfil istehlakının mədə boşalma müddətini təxminən yüzdə 30 sürətləndirdiyi ölçüldü.
Ağrıya Yaxşı Ola bilər
Zəncəfilin tərkibində gingerol adlı bioaktiv birləşmə var. Bu birləşmə sayəsində zəncəfil iltihabı azaldaraq ağrı kəsici kimi çıxış edir. Bu təsir təzə zəncəfildə xüsusilə güclüdür. Bir araşdırmada təzə zəncəfilin məşqdən sonra əzələ ağrısını təxminən 25 faiz azaltdığı ölçüldü. Araşdırmalar həmçinin zəncəfil istehlakının qadınlarda menstrual ağrıları azaltmaqda təsirli olduğunu müəyyən edib.
Beyin Sağlamlığına töhfə verə bilər
Tərkibindəki antioksidantlar və birləşmələr sayəsində zəncəfil qocalma ilə ortaya çıxan idrak problemlərinin aradan qaldırılmasına kömək edə bilər. Beyin funksiyalarını yaxşılaşdırmağa kömək edən zəncəfilin yaddaşa da müsbət təsir etdiyi düşünülür. 2012-ci ildə orta yaşlı qadınlar üzərində aparılan bir araşdırma zəncəfilin bu töhfələrini dəstəkləyir.
Həlimə Əliyeva