Bir ovuc torpaq…
Vetennamine.az – ın şimal zonası üzrə bölgə müxbirinə yazıçı Vüsalə xanım müsahibə vermişdir. Vüsalə xanımın hekayəsini sizlərə təqdim edirəm.
Bir xalq olaraq xoşbəxtik. Xoşbəxtik ki, məğrur, yenilməz,qəhraman xalqıq!
Şabran rayonunda salınmış Məcburi köçkün qəsəbəsində doğulmuşdu.Babasının, nənəsinin, atasının,söhbətlərində daim torpaq sevgisi,həsrət yanğısı,yurd nisgili duya-duya o torpaqları azad etmək arzusuyla böyümüşdü Hüseyn.Anası Şabranlı olsa da bir Qarabağlı kimi bu torpaqların azad olmasını çox istəyirdi.Deyirdi ki,Qarabağ Azərbaycanın əzəli torpağı olub ,olacaq da.Birinci Qarabağ müharibəsində qardaşımla bərabər şəhid olan şəhidlərimizin qanı yerdə qalmamalıdır.
Son 30 ildə doğulub böyüyən bütün uşaqlar kimi “Böyüyəndə kim olacaqsan?” sualına hamı kimi o da “Əsgər olacağam”-demişdi.Səbirsizliklə çağırış gününü gözləmişdi.Bu gün gəlib çatdı.Amma arıq ,çəlimsiz bədəni ilə hərbi xidmətə aparmadılar onu.Çox pis olmuşdu.Əsgər olmaq arzusuna çatması bu qədər yaxın ikən,uzaq oldu.Növbəti çağırışa kimi idman edir,boyunu,çəkisini artırmağa çalışırdı.İndi əsgər olmaq onun ən böyük arzusuna çevrilmişdi…
Növbəti çağırışda birbaşa hərbi komissarlığa gedib könüllü kimi ordu sıralarına qoşuldu.Xidmətinin beşinci ayında vətən müharibəsi başladı.İlk gündən yüzlərlə könüllünün vətən uğrunda savaşa gəldiyini görəndə ürəyi dağa döndü.Qızğın döyüşlər gedirdi.İmkan olduqca evlə telofon əlaqəsi saxlayırdıki, anasıgil nigaran qalmasın.Növbəti dəfə anası dayısı oğlunun da könüllü yazıldığını ,onu yola salmaq üçün hərbi komissarlığa getdiklərini,orada yüzlərlə könüllünün olduğunu deyirdi.
–Ay bala,az qala qapını sındırırdılar ki,bizi də göndərin.Dedilər hələ ehtiyac yoxdu.Yetərincə qüvvəmiz var.Amma qurban olduğum igidlər evə qayıtmadılar.Elə hey “Silah verin bizə,döyüşə gedirik. Biz Mübarizlərin,Poladların qanın yerdə qoymayacayıq.Polad Haşımovun açdığı yolla gedib qələbəyə nail olacayıq-deyirdilər.
Anası ilə söhbətindən sonra sevincinin həddi hüdudu olmadı:-Belə oğulları olan xalq basılmaz.Nəhayət qisas günü gəldi.Bu 30 ildə şəhid olan şəhidlərimizin qanı yerdə qalmayacaq!-deyə dəfələrlə bu fikri beynindən keçirdi.
Komandiri döyüşə tapşırığını verib bitirəndən sonra deyirdi:
–Birdən mən yaralansam və ya şəhid olsam,məni çıxarmaq üçün özünüzü təhlükəyə atmayın.Siz Vətənə hələ çox lazımsız.İlk növbədə özünüzü qoruyun.Biz bura can verməyə deyil,can almağa gəlmişik.Bir ovuc torpaq olub ona qarışmaqla deyil,sağ qalıb vətəni bir qarış da düşməndən azad etməklə artırın. Şəhid olmaq hər insana nəsib olmur.Şəhid olmaq alnıma yazılıbsa nə xoş mənə.Cismim kiçik hissələrə bölünsə də öz vətənim uğrunda,haqq davasında şəhid olacağam.İnanın ki,bunu qəlbən arzu edirəm.Ulu ərənlərimiz kimi döyüş meydanında şərəfli bir əsgər kimi döyüşərək şəhid olsam dünyanın ən xoşbəxt insanı olaram.
Bu zirvəyə ucalmağı təkcə komandir deyil,bütün əsgərlər arzulayırdı.Cəbrayılın azad olunması uğrunda döyüşlərdə ön cərgələrdə oldu.Bütün əsgər yoldaşları kimi ancaq irəli getmək, düşmənin nəfəsini kəsmək barədə düşünürdü.Yaralansa da, ayağındakı, başındakı qəlpələr çıxarılandan sonra yaralarını sarıyıb döyüş meydanına qayıtdı.Digər yaralı əsgərlər də əlləri silah tuturdusa,dizlərində taqət vardısa döyüşə qayıdırdılar.Nəhayət uzun illər sonra ilk olaraq Cəbrayıl rayonu düşməndən azad olundu.Həmin gün Hüseyn bir sıxma torpaq götürüb dəsmalına düyünlədi,döş cibinə qoydu.
Hər gün qazandığımız qələbələrimizdən düşmən özünü itirmişdi.Xalqın komandirdən tutmuş təqaüdçü babaya qədər,əsgər anasından məktəbli qıza qədər ali baş komandanın dəmir yumruğunda birləşib bir nəfər kimi hərənin bacardığı kimi irəli gəlməsi düşməni vahiməyə salmışdı.Uydurduqları keçilməz Ohanyan səddi darmadağın olunmuşdu.Düşmənlər döyüş zamanı minamyot zərbəsi nəticəsində yerə düşmüş qolunu digər əlinə götürüb qanı axa-axa yüzlərlə metr məsafəni üzərinə gələn Azərbaycan əsgərini görəndə canlarına üşütmə düşüb,silahlarını belə ataraq qaçırdılar.
Ağır döyüşlər hesabına Fizuli,Zəngilan,Qubadlı şəhərləri də azad olundu.Rayonlarımız bir-bir azad olunduqca onun cibindəki torpaq sıxmalarının sayı artırdı- bunu babamla nənəmin,əmimin,bunu dostum bəhruzun atası Telmanın,bunu qonşumuz rəvan əminin qardaşının,bunu cəvahir müəllimənin qardaşının məzarına səpəcəyəm.Hüseyn ayrı-ayrı götürdüyü sıxmaların hərəsindən bir az götürüb qarışdırdı.Gözləri doldu.-Neçə-neçə şəhidi- miz -“Vətən sağ olsun”- deyib gözlərini yumdu.Neçə-neçə anamız,gəlnimiz məğrur dayanaraq şəhidinin tabutunu çiynində vüqarla daşıdı,gözündə yaş,ürəyindəki yara ilə bərabər qəlbi dağa döndü.Üç rəngli bayrağı öpüb gözünün üstünə qoyub,qapısına təsəlliyə gələn elinə-obasına “Elnən gələn dərd toy bayramdı,ağlamayın.Mənim balam ölməyib.Şəhid oub.Vətən sağ olsun”-dedi.Bunu da şəhidlər xiyabınında şəhid məzarlarına səpəcəyəm.Qoy ruhları qanlarının yerdə qalmadığını,vətənin azad olduğunu daha yaxından duysun.
Arxa cəbhədə də təqaüdçü babadan tutmuş əsgər anasına,məktəbliyə qədər hamı Ali Baş Komandanın dəmir yumruğunda birləşərək “Hər şey Vətən üçün,hər şey cəbhə üçün”şüarını yerinə yetirirdi.Təqaüdçü baba-nənələr aldıqları təqaüdlərini orduya yardıma köçürməklə,məktəblilər yardım toplamaqla,əsgər anaları əzm nümayiş etdirməklə hünər göstərərək bu xalqın hər vəziyyətdə mərd olduğunu bir daha dünyaya sərgilədi.
Xalq qələbəyə inanır,qələbə gününü səbirsizliklə gözləyirdi.Artıq döyüşlər Şuşa şəhəri ətrafında gedirdi.Mənfur düşmən Şuşa şəhərini əldən verməmək üçün əlindən gələni əsirgəmə- mişdi.Bütün canlı qüvvəsini,silah və sursatını şəhərin dörd bir tərəfinə yerləşdirmişdi.,Bizimkilər şəhərə keçilməz sıldırım qayalıq tərəfdən keçməyi qərara aldılar.Buradan hücum olacağı,belə hündür,sıldırım qayalığı insanın çıxa biləcəyi onların ağlına gəlmirdi.Həmin gecə o qayalığı dırmaşan əsgərlərin heçvaxt unutmayacağı birgecə oldu.
Əsgərlərimiz şəhərə daxil olarkən qeyri-bərabər qanlı bir döyüş olacağını bilirdilər.Amma qalib gələcəklərinə vətənə söz vermişdilər.And içmişdilər ki,bu müqəddəs şəhəri azad edəcəklər.Əsğərlər bütün varlıqları ilə buna hazır idi.
…Bu döyüş barədə hələ əsrlər boyu danışılacaq.Bu xalqın igid oğullarının qəhrəmanlığı qərinələr keçsə belə dillərdən düşməyəcək.Dünya Azərbaycan xalqının neçə igid,qəhrəman xalq olduğunu xatırladıqca,mənfur düşmənin necə qorxaq,alçaq olduğunu anlayacaq və söyləyəcəkdir.
Hüseyn də bu qayaları dırmaşanların arasında idi.Yuxarı qalxdıqca qələbənin ətrini daha yaxından duyurdu.
Əsgərlərimizin hücumundan və mərdliyindən başını itirmiş düşmən uduzaraq,məhv olaraq geri çəkilir,ağlayaraq bizim əsgərləri ölməz,məğlubedilməz,yadplanetli adlandırırdılar.Düşmənin dərsi yaxşıcaverilmişdi.Geri çəkilsələr də şəhəri təslimetməkistəmirdilər.Canlı qüvvələrinin və texnikalarının bizdən üstün olduğundan istifadə edib yenidən hücuma keçmək istəyən düşmənin əsgərləri bu hücumdan imtina edirdilər:-Biz onları güllə ilə vururuq,amma onlar ölmürlər,qalxıb yenidən üzərimizə gəlirlər.Yadplanetlilər kimi ölmürlər.Zor gücünə yığdıqları dəstələrlə, bir neçə istiqamətdən yenidən Şuşanı işğal etmək istədilər.Düşmənin növbəti belə uğursuz hücumu zamanı Hüseyn əsgər dostları ilə postda dayanmışdı.Hərdən alindəki binoklla irəli baxırdı.Əlində də oradan tapdığı bir radio var idi.Binoklla baxdığı zaman irəliləyən düşmən dəstəsinin birdən dayandığını gördü.
Hüseyn də bu qayaları dırmaşanların arasında idi.Yuxarı qalxdıqca qələbənin ətrini daha yaxından duyurdu.
Əsgərlərimizin hücumundan və mərdliyindən başını itirmiş düşmən uduzaraq,məhv olaraq geri çəkilir,ağlayaraq bizim əsgərləri ölməz,məğlubedilməz,yadplanetli adlandırırdılar.Düşmənin dərsi yaxşıcaverilmişdi.Geri çəkilsələr də şəhəri təslimetməkistəmirdilər.Canlı qüvvələrinin və texnikalarının bizdən üstün olduğundan istifadə edib yenidən hücuma keçmək istəyən düşmənin əsgərləri bu hücumdan imtina edirdilər:-Biz onları güllə ilə vururuq,amma onlar ölmürlər,qalxıb yenidən üzərimizə gəlirlər.Yadplanetlilər kimi ölmürlər.Zor gücünə yığdıqları dəstələrlə, bir neçə istiqamətdən yenidən Şuşanı işğal etmək istədilər.Düşmənin növbəti belə uğursuz hücumu zamanı Hüseyn əsgər dostları ilə postda dayanmışdı.Hərdən alindəki binoklla irəli baxırdı.Əlində də oradan tapdığı bir radio var idi.Binoklla baxdığı zaman irəliləyən düşmən dəstəsinin birdən dayandığını gördü.Bir neçə dəqiqədən sonra bir də baxdı.Düşmən irəliləmirdi.
Hüseyn əsgər yoldaşlarına tərəf çevrilib dedi:
–Uşaqlar,bu mənfurlar irəliləmirlər.Görəsən niyə dayandılar?
Digər əsgər yoldaşı da—“Necə yəni?Ver baxım .”-deyə binokolla irəli baxdı.Düşmən doğ- rudan da irəliləmir,yerində durmuşdu.
əlindəki radionu dinləməyə çalışdı.aparıcı qızın qələbədən müharibənin bitdiyindən danışdığını eşitdi.qulaqlarına inanmadı. Radionun xışıltılı səsi içində yalnız qüələbədən danışıldığını bir daha eşitdi.elə bu vaxt ratsiya ilə atəş açmamaları əmrini aldılar.Sevincləri yerə göyə sığmırdı.Bir birini qucaqlayıb sevinclərini bölüşdülər.Binokolla qarşı tərəfə basxdılar.onlar da sevinir bayram edirdilər.Bir fərq vardı bizim əsgərlər müzəffər ordunun qalib qüəhrəmanları kimi,mənfur düşmənsə qorxaraq,canlarını robot,yad planetli,ölməz adlandırdıqları Azərbaycan əsgərlərindən qurtardıqları üçün.O,bu vaxt bir sıxma da torpaq götürdü,öpüb gözünün üstünə qoyduqdan sonra dəsmala büküb düyünlədi.Cibinə qoydu.Bunu da…
Qələbə xəbərini alan xalq gecə ilə küçələrə çıxdı,bu möhtəşəm qələbənin sevincini bir biri ilə bölüşdü.Səhər açıldı,qələbə münasibətilə qurbanları ilk kəsənlər I Qarabağ müharibəsində şəhid olmuş şəhidlərin ailələri oldu. Balamın qanı yerdə qalmadı,qisas qiyamətə qalmadı deyib kəsdikləri qurbanları axırıncı tikəsinə kimi payladılar 30 il toylardan,şadgünlərdən qaçaq düşüb yas saxlayan üəhid anaları,səhid bacıları qələbə günü qol qaldırıb oynadılar.Ürəklərindəki atəşə sərin su səpildi qəmin,qüssənin,yanğının yerini sevinc,fərəh tutdu sönmüş kölgəli gözlərində işıq parladı,sevinc güldü.
Bir müddət sonra qalib əsgərlərin bir hissəsi təxris olundu,bir hissəsi məzuniyyətə buraxıldı. Hüseyn də bu siyahıda var idi. Şuşadan gələrkən bir-bir azadlığında iştirak etdiyi torpağlarımızdan keçirdi. Gözünün qabağında qanlı döyüşlər, şəhid olmuş dostlarını çiynində daçıdığı anlar canlanırdı. Qələbə asan başa gəlməmişdi. İndi bu müqəddəs vətən torpağları onun üçün daha da müqəddəs olmuşdu. Bilirdi ki, onun hər qarışı igid oğulların qanı ilə yoğrulub. O, ayağını torpağa ehtiyatla qoyurdu. Şəhid dostunun ruhu inciyər deyə.
Ürəyində fikirləşdi:-Bu torpağlar müqəddəsdir. Gələcək nəsillərin də üzərinə müqəddəs bir vəzifə düşür: Bu neçə-neçə gəncin qanı bahasına alınmış, bütöv Azərbaycanı göz bəbəyi kimi qorumaq,düşmənə heç vaxt fürsət verməmək. Bunun üçün ulu sərkərdə olmalıdır.Cənab Ali Baş Komandan İ.Əliyev kimi. Bir yox onlarla düşmənin,təkcə döyüş meydanında deyil, hər sahədə cavabını verə bilən İlham Əliyev kimi.
Xalq evə buraxılan qalib əsgərini təntənələilə,coşqu ilə qarşılayırdı.Hüseyinə də evə buraxılmaq növbəsi çatdı.İzdihamla qarşılandı.Hamı kimi o da ilk əvvəl şəhidlər xiyabanını ziyarət etdi.Hazırladığı torpaqdan Şabran Şəhidlər xiyabanında uyuyan Şükür İlyassovun,Tərlan ….İlkin …………. V.Abdullayevin, Ö.Nəsirovun Rafael Səfərovun və digər I vəII Qarabağ müharibəsi Şəhidlərinin məzarı üzərinə töküb dedi:
–Rahat uyuyun.Qisasınız alındı.Getdiyiniz haqq davası qələbə ilə bitdi.Bu üç Rəngli bayraq indi Azərbaycanın hər bir zirvəsində,hər bir nöqtəsində əzəmətlə dalğalanır.Dalğalandıqca bütöv Azərbaycanı qucaqlayır.
Hüseyn yaşadığı evə gəldi.Sağ-salim döndüyü üçün qurban kəsildi.Həyətə toplaşanlar Hüseynlə bir qəhrəman kimi görüşürdü.O aldığı Fəxri fərman və təltifnamələri döş cibindən çıxarıb anasına verdi.Üç rayonun Azad olunmasına görə medalla da təltif olunmuşdu.Ananın qəlbi fərəhlə doldu.Gözləri bu dəfə sevinc yaşı ilə doldu.Oğlunu alnından öpüb –Südüm sənə halaldı oğul-dedi.
Bacısı Hüseynin döş cibində daha nəyinsə qaldığını görüb soruşdu:
–O ürəyinin üstündəki nədir elə?
Hüseyin sağ əlini ehtiramla döş cibinə yığdığı torpaq sıxmalarının üzərinə qoyub başını məğrur tutu vüqarla:
— Bütöv Azərbaycandır! Vətəndir!- dedi
Vüsalə Anar (yazıçı)
Atayeva Günay