Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətindən VETENNAMİNE.AZ saytına bildirilib ki, Zəfər bayramına töhfə vermək məqsədilə bütün bölgələrdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivinin, Vətən müharibəsində iştirak edən Nazirlik əməkdaşlarının, könüllülərin və hərbçilərin iştirakı ilə ağacəkmə aksiyaları təşkil olunub, hər regionun relyef və iqlim şəraitinə uyğun ağaclar əkilib, toxum səpilib.
Beyləqan, Ağcabədi, Daşkəsən, Gədəbəy, Hacıqabul, Sabirabad, Göygöl, Goranboy, Ağdaş, Yevlax rayonlarında keçirilən ağacəkmə aksiyaları zamanı ümumilikdə 19 minə yaxın tut, şam, qarağac, fıstıq, göyrüş, ağcaqayın, palıd, iydə ağacı əkilib.
Vətən Naminə Mətbuat Xidməti
Sosial şəbəkələrdə bizi izləyin.