“Zəfər” altsistemi şəhid ailələri və qazilərə sosial dəstək sahəsində sistemli və çevik məlumat mübadiləsinə imkan yaradıb

Altsistem 200 minədək şəxsə dair məlumatları əhatə edən vahid reyestrdir

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən Vetennamine.az-a bildiriblər.

Prezident İlham Əliyevin imzaladığı 27 oktyabr 2021-ci il tarixli Fərmanla yaradılmış “Zəfər” altsisteminə aidiyyəti qurumlar tərəfindən şəhid və şəhid ailəsi, müharibə veteranı statusu almış şəxslərə, müharibə əlilləridair məlumatlar daxil edilir.

Bu altsistemə artıq 200 minədək şəxsə dair məlumatlar daxil edilib.

“Zəfər” altsistemi dövlət orqanlarına və özəl qurumlara şəhid ailələri və qazilərə sosial dəstəyin təmin edilməsi işlərində daha operativ, sistemli, məqsədəuyğun tədbirlərin görülməsi üçün çevik məlumat mübadiləsi imkanı yaradıb.

Bu il müharibə veteranlarına Prezidentin aylıq təqaüdünün operativ şəkildə təyinatı prosesində də “Zəfər” altsistemi önəmli rol oynadı.

44 günlük Vətən müharibəsinin iştirakçısı olan və aidiyyəti qurumlar tərəfindən “Müharibə veteranı” adı verilmiş şəxslərə dair məlumatlar həmin altsistemə daxil edildi və onlara e-sistem üzərindən proaktiv qaydada təqaüd təyinatları aparıldı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.