Hər bir ölkənin fərqli əfsanələri və bir birindən maraqlı miftik inancları mövcuddur. Bu mifologiyalardan biri də Yunan mifologiyasıdır. Peleus və Thetis’in toyuna ixtilaf ilahəsi Erisdən başqa bütün olimpiya tanrıları dəvət olunurdu. Qəzəblənən Eris yığılan olimpiyaçılara dərs vermək qərarına gəldi. Aralarına “Ən gözəli üçün” yazısı olan qızıl alma atdı. Üç ilahə “Ev ilahəsi Hera, bacarıq ilahəsi Afina və gözəllik ilahəsi Afrodita” almanı tutur və onun uğrunda mübarizə aparır. Heç bir tanrı, hətta Zevs belə üç ilahədən hansının ən gözəl almaya layiq olduğuna qərar verməyə cəsarət etmədi. Nəhayət, tanrıçalara qadın gözəlliyi anlayışı və ədalətli mühakiməsi ilə tanınan Troya şahzadəsi Parisə getmələri söylənilir. Üç ilahə özlərini Parisə təqdim etdilər və gözəlliyi ilə onu heyran etməyə çalışdılar. Qərar verə bilməyən hər kəs gizlicə ona rüşvət verməyə çalışır. Hera onu dünyanın ən böyük krallığının hökmdarı edəcəyinə söz verir. Afina onu dünyanın ən sevilən döyüşçüsü edəcəyinə söz vermiş, Afrodita isə ona dünyanın ən gözəl qadını Helenin əlini vəd edir.
Həlimə Əliyeva
Vətən Naminə Mətbuat Xidməti













