Qədim Yunan dövrünün ən mühüm tikililəri, şübhəsiz ki, məbədlər idi. İlk dəfə daşdan hazırlanmış məbədlər, e.ə. 6-cı əsrdən tikilməyə başlandı. Yunan məbədləri ibadət yerləri deyil, tanrıların və ilahələrin abidələri idi. Bu gün də mövcud olan bu möhtəşəm yunan məbədlərinin ən yaxşı nümunələrini təkcə Yunanıstanda deyil, bu qədim imperiyanın gücünün uzandığı müxtəlif şəhərlərdə də görmək olar. Bu yerlər arasında ən yaxşı qorunan Yunan məbədlərinin olduğu İtaliya da var.
1- Parthenon, Akropol
Akropolun zirvəsində yerləşən Parthenon ağıl ilahəsi Afinaya həsr olunmuş abidədir.
5-ci əsrin ortalarında tikilmiş məbədlərin ən erkən nümunələrindən biri olan Parthenon əslində farslar tərəfindən dağıdılmış köhnə məbədin yerində inşa edilmişdir. Məbəddəki Afina heykəli fil sümüyü, gümüş və qızıldan hazırlanmışdır. Lakin bu qiymətli heykəl məbəddən oğurlanıb və sonra parçalanıb.
2- Məbədlər Vadisi
Məbədlər Vadisindəki bu xüsusi məbədlər İtaliyanın Siciliya bölgəsində yerləşsə də, Yunan memarlığının ən mükəmməl nümunələridir.
YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş Məbədlər Vadisində Konkordiya, Juno və Herakla həsr olunmuş məbədlər var.
3- Hefest məbədi
Afina Aqorasının şimal-qərbində, Aqoraios Kolonosda yerləşən Hefest məbədi dəmirçilik sənəti ilə məşğul olan, silah və zireh istehsal edən od tanrısına həsr edilmişdir.
Hefest məbədi bu gün dünyada yunan məbədlərinin ən yaxşı qorunub saxlanılan məbədidir. Məbədin dizaynı Afinanın ən məşhur memarlarından biri olan, Parthenon məbədinin dizaynını da dəstəkləyən İktinosa məxsusdur.
Həlimə Əliyeva
Vətən Naminə Mətbuat Xidməti













