HomeBütün XəbərlərYeniyetmələrə müxtəlif peşələr haqqında məlumat verilib

Yeniyetmələrə müxtəlif peşələr haqqında məlumat verilib

Yeniyetmələrə müxtəlif peşələr haqqında məlumat verilib

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə Alidə İbrahimova tərəfindən “Öz peşəni seç” layihəsinin icrası davam edir.

Layihə çərçivəsində keçirilən növbəti tədbirdə layihə rəhbəri Alidə İbrahimova yeniyetmələrə gələcək müstəqil həyatlarında düzgün peşə seçiminin vacibliyindən danışıb. Qeyd edib ki, seçilən peşə sevimli peşə olduğu zaman böyük uğur gətirir.

Layihənin eksperti Nurlan Cabbarov yeniyetmələrə müxtəlif peşələr və onların özəllikləri barədə məlumat verib. Bildirilib ki, istənilən peşənin peşəkarı olmaq üçün işə məsuliyyət və sevgi ilə yanaşmaq lazımdır.

Bu yaxınlarda Təhsil nazirinin xüsusi mükafatına layiq görülmüş məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Təranə Mikayılova çıxış edərək müstəqil həyatın astanasında olan yeniyetmələrə həyatlarının ilk seçimi olacaq peşə seçimində diqqətli olmağı tövsiyə edib. Seçdikləri peşənin onların iş həyatında böyük rol oynadığını diqqətə çatdırıb. O, xüsusi olaraq vurğulayıb ki, müəllim olaraq öz peşəsini sevdiyindən işinə məsuliyyətlə yanaşıb və bu yaxınlarda xüsusi mükafata layiq görülüb.

Tədbirdə qonaq qismində saç və makiyaj ustası olan layihə rəhbərinin həmkarı Ağca Əliyeva iştirak edib. O, çıxış edərək layihə rəhbəri ilə peşə kurslarında tanış olduqlarını, hazırda həmkar kimi fəaliyyət göstərdiklərini, peşələrinə aid yenilikləri bölüşdüklərini deyib. A. Əliyeva bu layihənin yeniyetmələrin peşə seçimində əhəmiyyəti barədə danışaraq onlara uğurlar arzulayıb.