Müdafiə Nazirliyindən VETENNAMİNE.AZ-a verilən məlumata əsasən, yeni tədris dövrünə hazırlıq prosesi ilə əlaqədar hərbi hissələrdə sıra baxışları keçirilir, maddi-tədris bazaları, təlim şəhərcikləri, döyüş texnikası və silahlar, eləcə də şəxsi heyətin təchizatı yoxlanılır.
Bundan başqa, rəhbəredici və digər normativ sənədlərin tələblərinin icrası, tədris vəsaitlərinin mövcudluğu və tətbiqi yoxlanılır.