Yeni kənd qonaq evlərinə özünüməşğulluq proqramı çərçivəsində avadanlıqlar verilməsinə başlandı


“Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsinin növbəti mərhələsi çərçivəsində
turizm potensialı yüksək olan Quba, Qusar, Xaçmaz, Şəki, Zaqatala, Qax, Lənkəran, Astara, Lerik rayonlarında kəndqonaq evləri kimi fəaliyyət göstərəcək yeni sahibkarlıqsubyektləri yaradılır.
Bunu Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbual xidmətindən vətənnaminə.az-a bildiriblər.
Layihə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinintabeliyində Dövlət Məşğulluq Agentliyi, Kiçik və OrtaBiznesin İnkişafı Agentliyi (KOBİA) və Dövlət TurizmAgentliyinin dəstəyi ilə həyata keçirilir.
Kənd turizminin inkişafına və kəndlərdə məşğulluğadəstək məqsədi daşıyan layihənin yeni mərhələsindəhəmin rayonlarda turistlər üçün kənd qonaq evləri kimifəaliyyət göstərəcək 50 sahibkarlıq subyektinin təsisolunması nəzərdə tutulur.
Bunun üçün ilk növbədə uyğun namizədlərin seçimiaparılıb və onlar turizm-xidmət sahələri üzrə müvafiqbiliklərə yiyələnmələri üçün təlimlərə cəlb olunub. Turizmobyekti kimi istifadə olunacaq ərazidə də təmir işləriaparılıb.
Son mərhələ olaraq bu günlərdə həmin namizədlərəDövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluqproqramının aqroturizm zərfi üzrə qonaq evi üçün lazımolan avadanlıqların (divan, kreslo, stol-stul və yataqdəstləri, mebel avadanlıqları, soyuducu, kondisioner, mətbəx ləvazimatları, televizor və s. ) verilməsinəbaşlanıb.
Qeyd edək ki, layihənin ilk mərhələsi olaraq ötən il İsmayıllı rayonunda 15 kənd qonaq evi yaradılaraqavadanlıqlarla təchiz olunub. 15 ailə üzrə 40 nəfərə yaxınqadın və gəncin məşğulluğu təmin edilib. Həmçinin 300-ə yaxın kənd sakini sahibkarlıq və özünüməşğulluqimkanları barədə məlumatlandırılıb.