Kənd təsərrüfatının sənayeləşdirilməsi prosesinin yenidən qurulmasını “Yaşıl inqilab” adlandırırlar. Bu proses ABŞ, Kanada, Böyük Britaniyada əsasən müharibədən əvvəlki dövrdə, qərbi avropa və Yaponiyada 50-60-cı illərdə həyata keçirilmişdir. Hazırda isə həmin ölkələr “biotexnoloji inqilab” mərhələsində olub,biotexnologiyanın EHM bitkilərin mühafizəsinin tamamilə yeni üsulları, torpağın becərilməsinin, yüksək suvarmanın tətbiqi ilə xarakterizə olunur. O ki, qaldı “Yaşıl inqilab” termininin geniş yayılmasına 60-70-ci illərdə bir sıra yeni tətbiq məhsullarının inkişaf etməkdə olan ölkələrin torpaqlarına gətirilməsi ilə əlaqədardır.
Biotexnologiya bitki, heyvan vә mikroorqanizmlәrin genetik kodlarını dәyişmәk üçün lazım olan zәruri maddәlәrin alınması üsuludur.
İnkişaf etməkdə olan ölkələrdə “Yaşıl inqilabın” üç əsas komponenti iştirak edir. Onlardan birincisi kənd təsərrüfatı bitkilərinin yeni növlərinin istifadəsidir. Bu məqsədlə 40-80-cı illərdə inkişaf etməkdə olan ölkələrdə müxtəlif aqrosistemlərin öyrənilməsi ilə məşğul olan 13 beynəlxalq elmi tədqiqat mərkəzi yaradılkmışdır.
“Yaşıl inqilabın” ikinci komponenti –irriqasiyadır. Bu ona görə vacibdir ki, taxıl bitkiləri öz potensiallarını yaxşı su ilə təchiz olunma şəraitində göstərə bilərlər.
“Yaşıl inqilabın” üçüncü komponenti müasir texnikanın, bitkilərin mühafizə vasitələrinin tətbiqidir. Hazırda dünya ixracatı “Yaşıl satış” strategiyası həyata keçirilir. Yaşıl satış anlayışı 35 il bundan əvvəl başlamış istehlakçıların istək və ehtiyaclarını qarşılamaq üçün təbiətin dostu məhsul və xidmətlərin satışa çıxartma fəaliyyəti olaraq müəyyən olunmuşdur. “Yaşıl satış”ın inkişafı üç dövrü əhatə edir. 1960-1970-ci illər , 1980-cı illər və sonuncu 2000-ci ildən sonrakı “Yaşıl satış” dövrləri.
Azərbaycanın iqlim və torpaq xüsusiyyətlərinin rəngarəngliyi yerli istehlakçılarımıza daha təbii və dadlı məhsullar yetişdirməyə imkan verir. Əslində məhsulların GMO-lu olub, amma təbii ad altında məhsullarını satan və bir çox beynəlxalq istehlakçılardan daha çox yerli istehlakçılarımıza məhsullarına təbidir deməyə haqqı var. Bu Azərbaycan suyunun, torpağının, duzunun, bol günəşinin nəticəsində mümkün olur. Avropanın GMO-lu məhsullara qarşı həssaslığı bizə imkan verir ki, bu cür imkanlarımızdan faydalanaraq kənd təsərrüfatımızı və qida sənayemizi inkişaf etdirək.
Artıq ölkə istehlakçıları “Yaşıl satış” strategiyasını geniş şəkildə tətbiq edə bilməyiblər. Onlar ixraclarını artırmaq üçün tezliklə yaşıl satışa da keçirilməlidirlər. Bu eyni zamanda GMO məhsullarına yox demək olar.
Vətən Naminə Mətbuat Xidməti