Yasamalda güzəştli mənzillərin növbəti satış tarixi açıqlanıb

Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu “6” ünvanında yerləşən Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsinin 4 saylı binası üzrə 64, 6 saylı binası üzrə 44, 18 saylı binası üzrə 44, 21 saylı binası üzrə 44, 22 saylı binası üzrə 39, 23 saylı binası üzrə 39, 24 saylı binası üzrə 24, 25 saylı binası üzrə 72 və 26 saylı binası üzrə 72 mənzilin, ümumilikdə 442 mənzilin satışı 30 mart 2022-ci il tarixində saat 11:00-da başlayacaq və 08 aprel 2022-ci il tarixi saat 11:00-dək davam edəcəkdir.

Mənzil İnşaatı Dövlət Agentliyindən Vetennamine.az-a verilən məlumata görə, Agentliyin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na uyğun olaraq gözləmə qaydasında mənzillərin seçimi 04 aprel 2022-ci il tarixində saat 11:00-da başlayacaq və 08 aprel 2022-ci il tarixi saat 11:00-dək davam edəcəkdir.

Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2016-cı il tarixli 1113 nömrəli Fərmanına əsasən Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzillərin əldə edilməsi “Elektron hökumət” portalı üzərində (www.e-gov.az) “Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.

Yalnız “Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdir. Elektron kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq mənzillərin seçimində bərabər hüquqa malikdir.

“Güzəştli mənzil” sistemindən istifadə qaydası ilə bağlı ətraflı məlumatla, o cümlədən mətn və video formatlı təlimatlarla www.mida.gov.az və www.mida.az internet saytlarının ana səhifələrində “Güzəştli mənzil sistemi” keçidi vasitəsilə tanış olmaq mümkündür.

Satışa çıxarılan mənzillər barədə ümumi məlumat:

Satışa ümumilikdə 442 mənzil çıxarılır. Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunur.

Bütün binalar Azərbaycan Respublikasının Dövlət Tikinti Normalarına (AzDTN) uyğun layihələndirilib və inşa olunub. Bununla bağlı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin 29.11.2018-ci il tarixli 26396, 07.12.2018-ci il tarixli 26436 nömrəli müsbət rəyləri mövcuddur.

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən mənzillərə mülkiyyət hüquqlarına dair “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”lar verilmişdir.

Bina №Binanın yerləşdiyi tikinti sahəsi (m²)Binada mərtəbə sayıBinaya giriş sayıMənzillərin otaqlarının sayıMənzillərin sayıMənzillərin daxili perimetr üzrə sahəsi (m²)Mənzillərin xarici perimetr üzrə sahəsi (m²)Baş podratçı / ünvanıTikinti-quraşdırma və təmir işlərinin başaçatma tarixi
4832,99211634,97 – 35,5743,02“Chinar İnshaat” MMC (“Caspian Service” MMC konsorsium) / Bakı şəhəri, Nəsimi rayonu, İzzət Həmidov küçəsi, ev 3, mənzil 1803.10.2020
23256,78 – 56,8468,34 – 68,57
31674,7887,06
6586,7212134475,88 – 76,9489,54 – 90,96“Chinar İnshaat” MMC (“Caspian Service” MMC konsorsium) / Bakı şəhəri, Nəsimi rayonu, İzzət Həmidov küçəsi, ev 3, mənzil 1803.10.2020
18586,7212134475,88 – 76,9489,54 – 90,96“HN Construction” MMC /
Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, ev 185, mənzil 14
14.09.2020
21591,7712134475,88 – 76,9489,54 – 90,96“Hünər-İnşaat” Firması /
Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 97, mənzil 63
02.10.2020
22832,99211235,5743,02“Hünər-İnşaat” Firması /
Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 97, mənzil 63
02.10.2020
22356,78 – 56,8468,34 – 68,57
3474,7887,06
23765,49221856,8668,56 – 68,58“Hünər-İnşaat” Firması /
Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 97, mənzil 63
02.10.2020
31772,72 – 72,7487,78
4496,6110,87
24565,9212

132475,88 – 76,9489,54 – 90,96“Faktor Qrup-S” MMC /
Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, ev 189
02.10.2020
25781,8492studio1834,97 – 35,5743,10“Faktor Qrup-S” MMC /
Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, ev 189
02.10.2020
23656,78 – 56,8468,34 – 68,71
31874,7887,06
26781,8492studio1834,97 – 35,5743,10“Faktor Qrup-S” MMC /
Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, ev 189
02.10.2020
23656,78 – 56,8468,34 – 68,71
31874,7887,06

Satış şərtləri və qiymətlər:

Bu elan çərçivəsində mənzillərin satışı həm ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə nəzərdə tutulmuşdur.

Qeyd: “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”nın 5.6-cı bəndinə əsasən mənzilin dəyərinin ipoteka krediti hesabına ödəniş üsulunu yalnız ilkin razılıq qərarını alaraq elektron kabinetində yerləşdirilməsini təmin etmiş şəxs seçə bilər.

Studio tipli mənzillərin qiyməti – 33 222 manatdan başlayır,

1 otaqlı mənzillərin qiyməti – 33 222 manatdan başlayır,

2 otaqlı mənzillərin qiyməti – 53 941 manatdan başlayır,

3 otaqlı mənzillərin qiyməti – 69 084 manatdan başlayır,

4 otaqlı mənzillərin qiyməti – 91 770 manatdır.

Qeyd: Mənzillərin satış qiymətinə ƏDV daxildir.

Vətəndaş mənzili Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun güzəştli ipoteka krediti vəsaiti hesabına aldıqda:

İllik faiz dərəcəsiMüddətMinimal ilkin ödənişAylıq ödəniş*
Studio tipli1 otaqlı2 otaqlı3 otaqlı4 otaqlı
4%3-30 il10%143-145 manat143-145 manat232 manat297-314 manat394 manat
* Aylıq ödəniş – mənzil 10% ilkin ödəniş edilərək, 4% dərəcəsi ilə 30 il müddətinə güzəştli ipoteka krediti ilə alındıqda.

DİQQƏT! Mənzilə güzəştli ipoteka krediti vasitəsilə sahib olmaq istəyən vətəndaş minimal ilkin ödənişdən artıq ödənilən məbləğə görə, mənzilin satış qiymətini tam həcmdə öz vəsaiti hesabına birdəfəlik ödəyən vətəndaş isə bütün məbləğə əlavə 10% endirim əldə edəcək.

Mənzilə öz vəsaiti hesabına birdəfəlik ödəniş edərək sahib olmaq istəyən vətəndaş üçün mənzillərin satışı aşağıdakı qiymətlərdən başlayır:

Otaqların sayıMənzilin qiyməti

(manat)

Əlavə endirim məbləği

(manat)

Əlavə endirimdən sonra mənzilin satış qiyməti

(manat)

Studio tipli33 2223 32229 900
133 2223 32229 900
253 9415 39448 547
369 0846 90862 176
491 7709 17782 593
Qeyd: Mənzillərin satış qiymətinə ƏDV daxildir.

Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsinin www.yasamal2.mida.gov.az internet səhifəsinə daxil olaraq satışa çıxarılan hər bir mənzilin (və otaqlarının) dəqiq ölçüsü, qiyməti, tətbiq edilən güzəştlər və əlavə endirimlər, agent banklar haqqında məlumatla tanış olmaq, habelə ipoteka və güzəştli mənzil kalkulyatorları vasitəsilə müvafiq hesablamalar aparmaq mümkündür.

Güzəştlə mənzil əldə etmək hüququ olan şəxslər mənzili güzəştlə əldə etmək üçün ərizənin təqdim olunması qaydası, gözləmə qaydasında mənzillərin seçimi və mənzillərin satış şərtləri, agent banklar barədə ətraflı məlumatla www.mida.gov.az və www.mida.az internet səhifələrində və ya müvafiq “ASAN xidmət” mərkəzlərinə (1, 3, 5 saylı Bakı, Sumqayıt və 1 saylı Gəncə), habelə “108” çağrı mərkəzinə müraciət edərək tanış ola bilərlər.

Qeyd: “Güzəştli mənzil” sisteminin istifadəçiləri satış modulundan istifadəyə dair və gözləmə qaydasında mənzil seçiminə dair təlimatlar ilə öz elektron kabinetlərinin müvafiq bölmələrində və ya www.mida.gov.az  www.mida.az internet saytlarının ana səhifələrində “Güzəştli mənzil sistemi” keçidi vasitəsilə tanış ola bilərlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.