Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sosial şəbəkə hesabında “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC -nin sədri Ramik Əşrəfov Müşfiqabad qəsəbəsi ərazisində salınmış yaşıllıq sahəsi ilə bağlı məlumatları izləyicilər ilə bölüşüb.
VETENNAMİNE.AZ mətbuat xidməti bildirir ki, R.Əşrəfovun sözlərinə görə, bir zamanlar tamamilə dərələr, yarğanlardan ibarət olan ərazidə cari ilin mart ayından etibarən meşə bağların salınması işlərinə start verilib.
Bütün aqrotexniki qulluq şəraitinə əməl edilən bu ərazilərdə damcılı suvarma sistemi çəkilib və artıq əkilmiş ağaclardan 98 faiz bitiş əldə edilib.
Çöllük ərazilərin bu səviyyədə yaşıllaşdırılması və şəhərə bu qədər yaxın ərazidə geniş meşə zolağının çəkilməsi təqdirəlayiq haldır. Bu işdə əməyi keçən hər kəsə uğurlar arzu edirik.