Yarasa yeganə uçan məməli heyvandır. Tailandda uzunluğu 3 sm, çəkisi 2 qr olan yarasa vardır. Bu, məməli heyvanlar arasında ən kiçiyidir.
Iri yarasalar da vardır ki, bunlara “uçan itlər ” də deyirlər. Belə yarasalar qanadlarını açdıqda 1,5 m-ə çatır. Bağlara və bağçalara ziyan vurur, hətta insanlara da hücum edir.
Yarasaların heyvanlar kimi iki uzun qulağı, dişləri və kürkü vardır. Yarasalar da doğur, balalarına süd verir. O, yol gedəndə dörd əli və ayağı ilə gedir. Bütün bu xüsusiyyətlər heç biri quşlarla uyğun gəlmir.
Yarasa insan üçün çox faydalıdır. Hətta peyinindən də dərman düzəltmək üçün istifadə olunur.
Yarasalar gecə zamanı heç bir maneəyə toxunmadan sürətlə uçurlar. Əgər yarasanı uzun, ensiz, döngəsi çox və içərisi qara tüstü ilə dolu olan bir tuneldən uçurtsaq, heç bir maneyə toxunmadan və qanadlarının üstündə qara tüstüdən əsər-əlamət qalmayan bir halda qırağa çıxacaqdır. O, bu işlərini hamısını ötürücü siqnal vasitəsi ilə görür. Bu dalğaların uzunluğu o qədər coxdur ki, insan onu eşitməyə qadir deyil. Bu dalğaları güclü bir ötürücünün vasitəsi ilə göndərdikdə irəli yayılırlar. Fəzada bir maneə ilə rastlaşdıqda divara dəyib arxaya qayıdan top kimi geri qayıdırlar. Bu, insanın bir dağ, yaxud uca divar qarşısında qışqırığına bənzəyir. Dalğaların qayıtma zamanını nəzərə almaqla həmin maneəyə nə qədər məsafə qaldığını bilmək olar.
Bir çox təyyarə və gəmilər bu cür hərəkət edirlər. İstədikləri yerə gedirlər. Düşmən təyyarə və gəmisini tapmaq üçün də bundan bəhrələnirlər. Alimlərin dediyinə görə, yarasada ötürücü siqnal və dalğa var. Əgər onu bir otağa salıb uçurtsalar və həmin otağa dalğaların ardınca olan səsi eşidilən səsə cevirən mikrofon qoysalar, küydən insanın qulaqları cingildəyər. Hər saniyədə yarasadan 30-dan 60-a qədər belə səs eşidiləcək. Burada belə bir sual irəli çıxır: bu dalğa və siqnal yarasanın hansı üzvü ilə səslənir? Yəni, onun ötürücü üzvü hansıdır, qəbuledici hansı? Alimlər bu suala belə cavab verirlər: bu dalğalar yarasanın boğazındakı güclü səs telləri vasitəsilə yaranır və burun dəliklərindən çıxaraq irəli hərəkətdədir. Qulaqlar da geri qayıdan dalğaları qəbul edirlər.
Aparılan təcrübələr nəticəsində müəyyən etmişdir ki, əgər yarasanın qulaqları kəsilsə, artıq o, heç bir maneəyə toxunmadan uça bilməyəcək. Lakin gözünü çıxarsalar, öz hərəkətindən qalmayacaqdır. Bir sözlə, yarasa gözü ilə yox, qulağı ilə görür.
Yarasalar fermerlərin ildə 1 milyon dollar qenaet etmesinə səbəb olurlar. Belə ki, yayda təsərrüfatda bitkilərə zərər verən cücüləri yeyirlər. 33 milyon böcək sürfəsi yeyirlər. Vampir yarasalar nadir hallarda insani dişləyirlər. Lakin əgər dişləsə ertəsi gün qidalanmaq üçün yenidən eyni insanın yanına gedirlər. Tədqiqatlar nəticəsində məlum olub ki, yarasalar nəfəs yoluyla insanları ayırd edə bilirlər. Yarasalar əslində qan əmmirlər, dilləriylə qanı yalayaraq içirlər. Bədən ancaq qırmızı qan hüceyrələrini istifadə edir, plazmanı isə orqanizmdən atırlar. Dünyanın ən böyük yarasa mağarası Texasdadır. Burada 20 milyondan çox yarasa yaşayır.
Nigar Həziyeva
Vətən Naminə Mətbuat Xidməti