YAP Sabunçu rayon təşkilatı tərəfindən Şəhid ailələrinin ziyarəti davam etdirilir.

Bun Yeni Azərbaycan Partiyasının Sabunçu rayon təşkilatının mətbuat xidmətindən vetennamine.az  saytına bildirilib :
Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatının sədr müavini Zülfüqar Cəfərov, Sabunçu rayon İcra Hakimiyyəti aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Fəqan Əlizadə, Maştağa qəsəbə icra nümayəndəsi Fərid Məmmədəliyev və Zabrat qəsəbə icra nümayəndəsi Elvin Şiriyev şəhid Adışov Qüdrət Rahim oğlu və şəhid Məmmədov Əliağa Eldəniz oğlunun doğum günləri münasibəti ilə məzarını, daha sonra ailələrini ziyarət etmişlər. Şəhidlərin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını və razılıqlarını ifadə etmişlər.
Həlimə Əliyeva

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.