YAP Sabunçu rayon təşkilatı tərəfindən Şəhid ailələrinin ziyarəti davam etdirilir.

Bunu Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatının mətbuat xidmətindən vetennamine.az saytına bildiriblər :
Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatının sədr müavini Zülfüqar Cəfərov, Sabunçu rayon İcra Hakimiyyəti aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Fəqan Əlizadə, Zabrat qəsəbə icra nümayəndəsi Elvin Şiriyev, Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət xidmətinin Sabunçu rayon idarəsinin məsul əməkdaşı şəhid Əliyev Saleh Namiq oğlunun doğum günü münasibətilə xatirəsini yad etmişlər. Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını və razılıqlarını ifadə etmişlər.
Saleh Əliyev 1992-ci il avqustun 18-də Sabunçu rayonunun Zabrat qəsəbəsində anadan olub. 2007-ci ildə Sabunçu rayonu Şəhid Elxan Misirxanov adına 71 saylı tam orta məktəbi bitirib. Daha sonra 2014-cü ildə Bakı İdarəetmə və Texnalogiya kollecini bitirib. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayıl və Füzuli rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Saleh Əliyev oktyabrın 15-də Füzuli döyüşləri zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş qapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Saleh Əliyev ölümündən sonra “Vətən uğrunda”, 25.12.2020-ci il tarixli Sərəncama əsasən “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.

 

Həlimə Əliyeva

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.