YAP Sabunçu rayon təşkilatı tərəfindən Şəhid ailələrinin ziyarəti davam etdirilir.

Bunu Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatının mətbuat xidmətindən vetennamine.az saytına məlumat veriblər :
Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatının sədr müavini Zülfüqar Cəfərov, Sabunçu rayon İcra Hakimiyyəti aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Fəqan Əlizadə, Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət xidmətinin Sabunçu rayon idarəsinin məsul əməkdaşı, şəhidin xidmət etdiyi Naxçıvan Muxtar Respublikasında yerləşən N saylı hərbi hissənin zabiti şəhid Rəhimov Yalçın Elçin oğlunun ailəsini ziyarət etmişlər. Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını və razılıqlarını ifadə etmişlər.
Qeyd edək ki, Yalçın Rəhimov 25 iyulda 2000-ci ildə Ağsu rayonunun Çaparlı kəndində anadan olmuşdur. Uşaq vaxtlarını Ağsu rayonunun Çaparlı kəndində keçirən Yalçın elə həmin kəndin İkram Rüstəmov adına orta məktəbində təhsil almağa başlamışdır. Daha sonra təhsilini Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 295 nömrəli məktəbdə davam etdirmişdir.
Yalçın Rəhimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Yalçın Rəhimov noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamına əsasən Yalçın Rəhimov ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Şuşanın işğaldan azad olunmasına görə” medalları ilə, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.

 

Həlimə Əliyeva

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.