YAP Sabunçu rayon təşkilatı tərəfindən Şəhid ailələrinin ziyarəti davam etdirilir.

Bunu YAP Sabunçu rayon filialının mətbuat xidmətindən vetennamine.az saytına məkumat veriblər :

Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatının sədr müavini Zülfüqar Cəfərov, Sabunçu rayon İcra Hakimiyyəti aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Fəqan Əlizadə, Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət xidmətinin Sabunçu rayon idarəsinin əməkdaşları şəhid Nəcəfov Vüqar Aydın oğlunun Kürdəxanı qəsəbəsində yaşayan ailəsini ziyarət etmişlər. Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını və razılıqlarını ifadə etmişlər.

 

Həlimə Əliyeva

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.