Yanvarın 24-nə olan hava proqnozu açıqlanıb

Milli Hidrometeorologiya Xidmətinin Vetennamine.az-a verdiyi məlumata əsasən

Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı,

arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Səhər bəzi yerlərdə zəif duman. Mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 3-5° isti, gündüz  8-10° isti olacaq.

Bakıda gecə  3-5° isti, gündüz  8-10° isti olacaq.

Atmosfer təzyiqi 759 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək.

Nisbi rütubət 60-70  % olacaq.

Tibbi-meteoroloji proqnoz

Yanvarın 24-də Abşeron yarımadasında  meteoroloji amillərin mülayim tərəddüdü  gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverşlidir.

Azərbaycanın rayonlarında  Əsasən yağmursuz. Gecə və səhər saatlarında duman.

Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə  0-5° şaxta,

gündüz 7-12° isti, dağlarda gecə 7-12° şaxta, gündüz  3° şaxtadan 2°-dək isti olacaq.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.