Yanvarın 22-nə olan hava proqnozu

Milli Hidrometeorologiya Xidmətinin “vetennamine.az”a verdiyi məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı,
əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 0°-yə yaxın, gündüz 5-7° isti,
Bakıda gecə 0°-yə yaxın, gündüz 5-7° isti olacaq.
Atmosfer təzyiqi 768 mm civə sütunundan 762 mm civə sütununa enəcək.
Nisbi rütubət 60-70 % olacaq.

Tibbi-meteoroloji proqnoz
Yanvarın 22-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverşlidir.

Azərbaycanın rayonlarında Əsasən yağmursuz. Gecə və səhər saatlarında duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-7° şaxta, gündüz 6-9° isti, dağlarda gecə 8-13° şaxta, yüksək dağlıq ərazilərdə gecə 14-18° şaxta, gündüz 0-5° isti olacaq.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.