Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin 10 ayında proqnozla müqayisədə 9 faiz və ya 472 mln. manat çox olmaqla 5 mlrd. 577 mln. manat təşkil edib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən VETENNAMİNE.AZ saytına verilən məlumata əsasən, fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları yanvar-oktyabr aylarında proqnozla müqayisədə 9 faiz və ya 350 mln. manat artaraq 4 mlrd. 221 mln. manat olub.
Cari ilin 10 ayında DSMF-nin xərcləri 5 mlrd. 51 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 16 faiz və ya 688 mln. manat çoxdur.
Vətən Naminə Mətbuat Xidməti
Sosial şəbəkələrdə bizi izləyin.