Bizlər döyüşə gedəndə orden və medallar üçün getmədik.Biz düşmənin işğalı altında olan ana vətənimizi azad etməyə getdik.Və dəyərimizi Ulu Tanrıdan gözlədik. Rəbbimiz bizə 30 ilə yaxın sürən müharibədə qazilik rütbəsi nəsib etdi və Şəhidlik zirvəsinə ucaltdı . Görkəmli türk şairi Mehmet Emin Yurdakul bu barədə dəyərli kəlamlar demiş , şeirlər yazmışdır . Türk övladı odur ki, yurdu olan torpağı doğma anası
bilərək yad ayağını basmağa qoymaz, yad bayraqların azan səsi gələn heç bir yerdə dalğalanmasına imkan verməz. Vətən müharibəsinin başlamasını 1988-ci ildən saymaq olar.Bu müharibəni sülh müqaviləsi imzalananadək bitmiş hesab etmək olmaz.Bugün Qaziləri ,Şəhid Ailələrini müxtəlif qruplara 1-ci Qarabağ Müharibəsi,2-ci Qarabağ Müharibəsi ,Tovuz döyüşləri kateqoriyalarına bölmək istəyənlər var .Onların əsas məqsədi Qazilər və Şəhid Ailələri birliyini parçalamaqdır.Qazi rütbəsini qazanmış və Şəhidlik zirvəsinə ucalanlar döyüşə qatılanda heçbir müxalifət və iqtidar partiyalarının mənafeyini qorumaq üçün döyüşmədilər. Onlar yalnız işğal altında olan torpağı düşməndən azad edib dövlətçiliyimizi qorudular. Bugün müxtəlif siyasi partiyalar Azərbaycan dövlətçiliyinin əleyhinə xidmət edən daxili və xarici qüvvələr Qazi və Şəhid Ailələrinin nüfuzundan istifadə edərək öz məqsədlərinə çatmaq istəyirdilər.Hər birimizin yadındadır 2003-cü il Prezident seçkiləri öncəsi Qazilərimizi öz siyasi məqsədlərinə çatmaq üçün istifadə etdilər və nəticəsi xoşa gəlməyən hadisələrlə yadda qaldı.Hər bir Qazi və Şəhid Ailəsi bugün də dövlətçiliyimizin qorunub saxlanılması üçün əlindən gələni etməli və bu birliyin parçalanmasına imkan verməməlidir. Bu qüvvələr əsasən sıxıntı içində yaşayan sosial problemlərinin tam həllini tapmayan Qazilərdən və Şəhid Ailələrindən istifadə etməyə cəhd edirdilər.Qalib ordunun əsgəri bucür oyunlara qatılmalı deyil.Bəzi Qazilərimiz çətinliklə üzləşəndə intihara cəhd edir,özlərinə xəsarət yetirirlər.Hesab edirəm ki, Qazi rütbəsini qazanmış fədakar,qəhrəman vətən oğlu çıxış yolunu intiharda yox əksinə ona qarşı ədalətsizlik edənləri vətənə sadiqliyi ilə intihar vəziyyətinə çatdırmaqda görməlidir.Məhz o halda biz Qazilərə və Şəhid Ailələrinə ədalətsizlik edən, biganə yanaşan məmurlarda vətənə sevgi hissi oyadaraq,onların da övladlarının vətənin keşiyində durmağa haır olduqlarını görə bilərik.Biz bütün Azərbaycan cəmiyyətində vətənə sevgi hisslərini oyatmalı,gənclərimizin vətənpərvərlik ruhunda yetişməsinə çalışmalıyıq.
Aris Məmmədov