Xilaskar


Heydər Əlirza oğlu Əliyev 1923 cü il may ayının 10 da Naxçıvan şəhərində anadan olub.1939-cu ildə Naxçıvan Pedogoji texnikomunu bitirdikdən sonra Azərbaycan Sənaye institunun memarlıq fakültəsinə daxil olub,lakin 2-ci Dünya müharibəsinin başlaması ona təhsilini başa çatdırmağa imkan verməyib.1944-cü ilin may ayında Dövlət Təhlükəsizliyi orqanlarında işə başlayıb.1967-ci ildə Azərbaycan SSRİ Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsinə təyin edilib.1969-cu ildən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1-ci katibi seçilib.1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilərək,SSRİ Nazirlər Soveti sədrinin 1-ci müavini vəzifəsinə təyin edilb.1987-ci ilin oktyabrında Mixayil Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz olaraq tutduğu vəzifədən istefa verib.
Heydər Əliyev 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar yanvarın 21-də Azərbaycanın Moskvadaki nümayəndəliyində bəyənatla çıxış edərək,Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçılarının cəzalandırılmasını tələb etmişdir.1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədri seçilib.1993-cü ilin may-iyun aylarında ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandığına görə Azərbaycan xalqı onun hakimiyyətə gətirilməsi tələbini irəli sürdü.O,1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilib,iyunun 24-dən isə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb.1993-cü il oktyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti seçilib.2003-cü ilin dekabrın 12-də vəfat edib və bakıda Fəxri Xiyabanda dəfn olunub.
Dahi şəxsiyyətin doğum günü münasibətilə Azərbaycan Qarabağ Müharibəsi Əlilləri ,Veteranları və Şəhid Ailələri ictimai birliyinin konfrans zalında geniş tədbir keçirilmişdir.Tədbir iştirakçıları Ulu Öndərin və Azərbaycan Respublikasının ərazi bütövlüyü,müstəqilliyi uğrunda şəhid olanların əziz xatirələrini bir dəqiqəik sükutla yad edərək, Azərbaycan Respublikasının Dövlət Himnini ifa etmişlər.İctimai birliyin sədri Mehdi Mehdiyev tədbir iştirakçıları qarşısında çıxış edərək, onun bugünki Azərbaycanın müstəqil dövlət kimi qorunub saxlanmasında rolundan danışmışdır.Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Bakıda 1970-ci ilin əvvəllərində Cəmşid Naxçıvanski adına hərbi litseyin açılması və1984-cü ildən başlayaraq SSRİ məkanında yerləşən bütün ali hərbi məktəblərə bakıda imtahan verərək hər məktəbə 3 nəfərin qəbul olması bugünki Azərbaycanımızın Silahlı Qüvvələrinin zabit kadrları ilə təmin oluhnmasının təməlini qoymuşdur.Lakin 1992-ci ildə xalqda ruh yüksəkliyinin yüksək olmasına baxmayaraq orduda vahid komandanlıq yox idi.Bunun nəticəsi idi ki,döyüş əməliyyatlarında Azərbaycan Ordusu itkilərə məruz qalırdı.Məhz onun ikinci dəfə hakimiyyətə gəlişindən sonra orduda vahid komandanlıq yarandı və Azərbaycan Ordusu Füzuli rayon istiqamətində əks hücum əməliyyatına keçərək,işğal altında olan torpaqları azad etməyə başladı.Ermənistan dövləti təşvişə düşərək 1994-cü ilin may ayının 10-da atəşkəsə imza atmağa məcbur oldular.O zamandan başlayaraq Heydər Əliyev ölkə iqtisadiyyatının və digər sahələrin inkişafı ilə yanaşı Silahlı Qüvvələrin müasir standartlara uyğunlaması üçün böyük işlər gördü və bunun nəticəsi oolaraq onun layiqli davamçısı İlham Əliyev cənabları 2020-ci ilin sentyabrın 27-də əks hücum əməliyyatında əmr verdi və 44 gün müddətində işğal altında olan torpaqlarımız azad olundu.Ulu Öndərimizin 2-ci dəfə hakimiyyətə qayıdışından sonra onun ilk imzaladığı fərman və sərəncamlar əhalinin xüsusən də Şəhid Ailələri,Qarabağ Müharibəsi Əlillərinin sosial məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində olmuşdur.Bütün dünyanı iqtisadi böhran bürüməsinə baxmayaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sosiaol yönümlü layihələri davam etdirmişdir.Tədbir iştirakçılarından ictimai birliyin nizami rayon filialının sədri Məhi Mehdiyev,Yasamal rayon filialının sədri Bəhrəm Şeydayev və digərləri çıxış edərək Ulu Öndərin misilsiz əməyindən danışmışlar.
Baş redaktor
Aris Məmmədov