• Xəbər Lenti
  • Ən çox oxunan
  • Hamısı
  • Xəbərlər
  • Hərbi
  • Texnologiya
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Ermənistan Xarici İşlər Nazirliyinin 3 yanvar 2023-cü il tarixli bəyanatına dair şərhi

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Ermənistan Xarici İşlər Nazirliyinin 3 yanvar 2023-cü il tarixli bəyanatına dair şərhi

05 Yanvar 2023
Vətən müharibəsi şəhidlərinin anım günündə xatirələri yad edildi

Vətən müharibəsi şəhidlərinin anım günündə xatirələri yad edildi

12 Noyabr 2025
YAP Biləsuvar rayon təşkilatı 8 noyabr – Zəfər Günü həsr olunmuş tədbir keçirib

YAP Biləsuvar rayon təşkilatı 8 noyabr – Zəfər Günü həsr olunmuş tədbir keçirib

06 Noyabr 2025
Şəhidlərimizin anım mərasimi keçirildi

Şəhidlərimizin anım mərasimi keçirildi

16 Oktyabr 2025
9 oktyabr – Vətən Müharibəsi şəhidi  Rəhimov Zamin Vahid oğlunun şəhadətə yüksəlməsindən 5 il keçir

9 oktyabr – Vətən Müharibəsi şəhidi Rəhimov Zamin Vahid oğlunun şəhadətə yüksəlməsindən 5 il keçir

09 Oktyabr 2025
YAP Bərdə rayon təşkilatı “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Zəfər tariximizin müəllimləri” adlı tədbir keçirib

YAP Bərdə rayon təşkilatı “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Zəfər tariximizin müəllimləri” adlı tədbir keçirib

03 Oktyabr 2025
“Qərbi Azərbaycana aparan yollar” adlı tədbir keçirilib

“Qərbi Azərbaycana aparan yollar” adlı tədbir keçirilib

03 Oktyabr 2025
Qarabağ qazisi Alekseyev Lətifin əziz xatirəsinə

Qarabağ qazisi Alekseyev Lətifin əziz xatirəsinə

02 Oktyabr 2025
Vətən müharibəsi şəhidi mayor Kəlbalıyev Səyavuş Hümbət oğlunun ildönümü münasibətilə anım tədbiri keçirilib

Vətən müharibəsi şəhidi mayor Kəlbalıyev Səyavuş Hümbət oğlunun ildönümü münasibətilə anım tədbiri keçirilib

30 Sentyabr 2025
Şəhidimiz Elməddin Hüseynzadənin 5-ci il dönümü qeyd edildi

Şəhidimiz Elməddin Hüseynzadənin 5-ci il dönümü qeyd edildi

29 Sentyabr 2025
HƏR AN EHTİRAMLA ANIRIQ…

HƏR AN EHTİRAMLA ANIRIQ…

27 Sentyabr 2025
Bərdə rayonun Bəcrəvan kəndində şəhid Məmmədli Namiq Ağamməd oğlunun anım mərasimi keçirildi

Bərdə rayonun Bəcrəvan kəndində şəhid Məmmədli Namiq Ağamməd oğlunun anım mərasimi keçirildi

15 Sentyabr 2025
Vətən müharibəsi şəhidi Ağayev Vahid Məcnun oğlunun doğum günü münasibətilə anım tədbiri keçirilib

Vətən müharibəsi şəhidi Ağayev Vahid Məcnun oğlunun doğum günü münasibətilə anım tədbiri keçirilib

15 Sentyabr 2025
  • Əlaqə
  • Əsas səhifə
  • Haqqımızda
  • Saytın istifadə qaydaları
Vətən Namin TV
Şənbə, Noyabr 15, 2025
Vətən Naminə
  • Əsas
  • Xəbərlər
  • Sosial
  • Hərbi
  • Qanunvericilik
    • Qanun
    • Fərman
    • Sərəncam
    • Qərar
  • Digər
    • Sosial sahibkarlıq
    • Elm və təhsil
    • Müsahibələr
    • Araşdırma
    • Məqalələr
    • Tədbirlər
No Result
View All Result
Vətən Naminə
No Result
View All Result
Əsas Xəbərlər

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Ermənistan Xarici İşlər Nazirliyinin 3 yanvar 2023-cü il tarixli bəyanatına dair şərhi

Yazar Mətbuat Xidməti
05 Yanvar 2023
Kateqoriya Xəbərlər
A A
Facebook-da paylaşınTelegram-da paylaşın

Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) Laçın yolunda etirazlar ilə əlaqədar 3 yanvar 2023-cü il tarixli növbəti bəyanatı tamamilə əsassızdır və beynəlxalq tərəfdaşlar arasında məsələ ilə bağlı çaşqınlıq yaratmaq və vəziyyəti süni gərginləşdirmək məqsədi daşıyır.

Bunu Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən vetennamine.az saytına məlumat veriblər

Ermənistanın ərazilərimizin 30 il işğalı dövründə təbii sərvətlərimizin talanması faktına qarşı Azərbaycanın bir qrup vətəndaş cəmiyyəti nümayəndəsinin etirazları ilə əlaqədar Ermənistan XİN-in təhrif dolu bəyanat verməsi təəccüblü deyil. Görünür ki, Ermənistan tərəfi hələ də Azərbaycan ərazisində qeyri-qanuni iqtisadi və digər fəaliyyətlərin davam etməsində maraqlıdır.

Yaxşı məlumdur ki, Azərbaycan hökuməti 1 ildən artıq müddətdə, yəni 2021-ci ilin noyabr ayından etibarən Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində qeyri-qanuni iqtisadi fəaliyyətin qarşısını almaq məqsədilə müraciətlər ünvanlayıb, sonuncu dəfə 3-10 dekabr tarixlərində məsələni danışıqlar yolu ilə həll etməyə cəhd göstərib. Bütün bu səylərə baxmayaraq, erməni tərəfi müraciətlərə məhəl qoymayıb, aidiyyəti qurumların əraziyə girişinə maneçilik törədib və qanunsuz fəaliyyətləri davam etdirməyə çalışıb. Məhz bütün bu hərəkətlər Azərbaycan ictimaiyyətinin haqlı etirazına səbəb olub və yalnız humanitar məqsədlər üçün nəzərdə tutulmuş Laçın yolundan sui-istifadə hallarının qarşısının alınması tələbi ilə dinc nümayiş keçirilir.

Bu etirazlara qarşı səslənən hər bir fikir məhz Azərbaycanın suverenliyi, ərazi bütövlüyü kimi beynəlxalq hüququn norma və prinsiplərinin birbaşa pozuntusu, Azərbaycan ərazisində mövcud olan bütün təbii sərvətlərin Azərbaycan Respublikasına məxsusluğu barədə müddəanın əks olunduğu ölkə Konstitusiyasına və etirazçıların hüquqlarına qarşı hörmətsizlik kimi dəyərləndirilir və qəbuledilməzdir.

Bununla yanaşı, etirazların guya Laçın yolunun bağlanması ilə nəticələndiyi və humanitar böhran yarandığı iddiaları eyni dərəcədə əsassızdır. Gün ərzində Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) və sülhməramlı kontingentə məxsus nəqliyyat vasitələrinin, tibbi avtomobillərin yoldan maneəsiz keçidi danılmaz bir faktdır. Həmçinin erməni sakinlərinin üzləşə biləcəyi bütün humanitar ehtiyacların operativ şəkildə həll etməyə hazırlıq, həm Azərbaycan hökuməti, həm də vətəndaş cəmiyyəti nümayəndələri tərəfindən bəyan olunub.

Azərbaycan tərəfinin yolun açıq olduğu və Üçtərəfli bəyanatla təyinatı üzrə istifadə edilə biləcəyi barədə erməni sakinlərə çağırışlarına baxmayaraq, özlərini Qarabağda yaşayan erməni sakinlərin nümayəndələri kimi təqdim edən təxribatçıların əhalini yoldan istifadədən çəkindirməsi faktları bir daha sübut edir ki, məhz belə şəxslər etirazlar barədə yalnış təəssürat yaratmaqla öz qeyri-qanuni və çirkin əməllərini davam etdirmək məqsədi güdürlər.

Üçtərəfli bəyanatın pozulması barədə iddialara gəldikdə xatırlatmaq istərdik ki, Ermənistan liderinin də imza atdığı Üçtərəfli bəyanata əsasən, Laçın yolundan qeyri-qanuni çıxarılan təbii sərvətlərin Ermənistana daşınması, Azərbaycandan hələ də tam çıxarılmayan erməni silahlı qüvvələrin hərbi təchizatının davam etdirilməsi, Azərbaycan ərazisinə minalar ötürmək və yerləşdirməklə mina təhdidinin artırılması, üçüncü ölkə vətəndaşlarının qanunsuz keçidi və s. bu kimi qeyri-qanuni fəaliyyətlər üçün nəzərdə tutulmadığı və bütün bu hərəkətlərin Üçtərəfli bəyanatın kobud pozuntusu olduğu Ermənistan tərəfinə yaxşı məlumdur.

BMT Təhlükəsizlik Şurasının (TŞ) 20 dekabr 2022-ci il tarixli iclası ilə bağlı Ermənistan XİN-in manipulyasiya kampaniyasına baxmayaraq, demək olar ki, bütün BMT TŞ üzv dövlətləri Üçtərəfli Bəyanat üzrə öhdəliklərin yerinə yetirilməsinə, eləcə də suverenliyin və ərazi bütövlüyünün qarşılıqlı tanınması və hörmət edilməsi ilə bağlı çağırışlar etdikləri, bununla da, Azərbaycanın mövqeyini təsdiqlədikləri, Ermənistanın təxribatlarına dəstək nümayiş etdirilmədiyi bəllidir. Azərbaycan ərazisinə hər hansı bir missiya göndərmək barədə Ermənistanın çağırışları Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı növbəti təxribat kimi qiymətləndirilir və buna son qoyulmalıdır.

Ermənistan XİN-in Azərbaycanı deportasiya və etnik təmizləmədə təqsirləndirməsi absurd olmaqla yanaşı, 20 əsrdə ermənilərin azərbaycanlılara qarşı törətdiyi Ermənistan və Azərbaycan ərazisində sistematik və ardıcıl etnik təmizləmə siyasətini ört-basdır etmək cəhdidir. Azərbaycana qarşı ərazi iddialarının növbəti dəfə baş qaldırdığı 1987-ci ildən bəri 1 milyona yaxın azərbaycanlıya qarşı deportasiya və etnik təmizləmə həyata keçirilməsi, azərbaycanlılara qarşı Ermənistan tərəfindən qırğınlar törədilməsi tarixi bir faktdır. Bununla yanaşı, xatırlatmaq yerinə düşər ki, 44 günlük Vətən müharibəsində belə, döyüş bölgəsindən xeyli aralı olan ərazilərdə həlak olan azərbaycanlı mülki əhalinin sayı həlak olmuş erməni mülki əhalinin iddia edilən sayından dəfələrlə çox olub. Bütün bunlar hansı tərəfin mülki əhalini hədəf aldığını göstərən danılmaz sübutlardır.   

Azərbaycan bir daha Ermənistanı beynəlxalq hüquqdan və Üçtərəfli bəyanatdan irəli gələn öhdəliklərinə əməl etməyə, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətlərdən çəkinməyə, təcavüzkar siyasi və hərbi təxribatlarını dayandırmağa çağırır. Azərbaycanın regional sülh, sabitlik və inkişaf ilə bağlı mövqeyi prinsipial və ardıcıldır, beynəlxalq hüquqa və formalaşmış beynəlxalq təcrübəyə əsaslanan tədbirlər davam etdiriləcək.  

Plugin Install : Subscribe Push Notification need OneSignal plugin to be installed.
Əvvəlki xəbər

Müdafiə naziri bir neçə hərbi hissənin döyüş hazırlığını yoxlayıb

Növbəti xəbər

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

RSS Vətən Naminə TV

  • Şəhid XTQ Qüvvələrinin Giziri Naibov Devran Fazil oğlunun 5 ci il dönümü qeyd olunub. 08 Oktyabr 2025
  • Şəhid Quliyev Mehman Telman oğlunun 5-ci ildönümü qeyd olunub 07 Oktyabr 2025
  • ŞƏHİDLƏRİMİZİ YAŞADAQ | Hüseynzadə Elməddin 13 İyun 2024
  • “ŞAHDAĞ QUBA & TRUSKAVETS” sanatoriyasında şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğı 26 Fevral 2024
  • TURANA DOĞRU | ƏSGƏRƏ MƏKTUB 11 Noyabr 2023
  • TURANA DOĞRU | DÜNYA SAVAŞINA DOĞRU... 18 Oktyabr 2023
  • TURANA DOĞRU | TÜRK DÜNYASININ ZƏFƏR GÜNÜ - II hissə 30 Avqust 2023
  • TURANA DOĞRU | TÜRK DÜNYASININ ZƏFƏR GÜNÜ - I hissə 30 Avqust 2023
  • TURANA DOĞRU | Azərbaycan və Qazaxıstan ictimai birlikləri əməkdaşlığa imza atdılar 05 Avqust 2023
  • #söyüdlü #gədəbəy #etsn #vətənnaminə #xəbərlər 18 İyul 2023
  • #gədəbəy #media #söyüdlü #etsn 18 İyul 2023
  • Prezidentin Nazirliyə verdiyi 1 həftə sona çatdı - ETSN-dən açıqlama 18 İyul 2023
  • TURANA DOĞRU | Buxara vilayətinin baş həkimi İlxom Norov 07 İyul 2023
  • TURANA DOĞRU | 26 iyun Silahlı Qüvvələr Günü 26 İyun 2023
  • ŞƏHİDLƏRİMİZİ YAŞADAQ | Kərgicahan pələngi 24 İyun 2023
Vətən Naminə

©2024 Hüquqları qorunur.

Vətən Naminə Media Qrup

  • Haqqımızda
  • Galereya
  • Saytın istifadə qaydaları
  • Əlaqə

Bizi izləyin

No Result
View All Result
  • Əsas səhifə
  • Xəbərlər
    • Siyasət
    • Cəmiyyət
    • Dünya
    • İdman
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Kriminal
  • Sosial
    • Turizm
    • Kulinariya
    • Film
    • Layihələr
  • Texnologiya
    • Kibertəhlükəsizlik
    • Proqramlaşdırma
    • Smartfonlar
    • Startup
  • Hərbi
    • Təlimlər
    • Görüşlər
    • Cəbhə Xəbərləri
  • Qanunvericilik
    • Qanun
    • Fərman
    • Sərəncam
    • Qərar
  • Digər
    • Sosial sahibkarlıq
    • Elm və təhsil
    • Müsahibələr
    • Araşdırma
    • Məqalələr
    • Tədbirlər

©2024 Hüquqları qorunur.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Sizə daha yaxşı xidmət göstərmək üçün çərəzlərdən istifadə edirik. Visit our Gizlilik Siyasəti.